EURO 1,981 NEFT 74,28
USD 1,7 RUB 0,0269
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:10.01.2017 14:19:34

Onun etirazı qəbul edilib.

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun məhkəməsi keçirilib.

Musavat.com xəbər verir ki, dövlətə xəyanət etməkdə təqsirləndirilən hər iki şəxsin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məgkəməsində baş tutub.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmənin hazırlıq iclası keçirilib.

Hazırlq iclasında hakim Eldar İsmayılov özünə etiraz edib. Hakim bunu yazılı şəkildə əsaslandırıb. O bildirib ki, təqdirləndirilən şəxslərin işi DTX-nın istintaq idarəsində araşdırılarkən həmin istintaq qrupunun üzvlərindən biri onun oğlu Emin İsmayılzadə olub. Eldar İsmayılov deyib ki, belə olan halda qanunvericilik onun bu işə baxmasına icazə vermir.

E.İsmayılovun bu etirazı tərkibdə olan digər iki hakim tərəfindən müşavirə otağında müzakirə edilib. Hakimlərdən Cavid Hüseynov yekun qərarı elan edib və bildirib ki, E.İsmayılovun etirazı qəbul edilib.

Məhkəməyə növbəti sədrlik edəcək hakim Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev tərəfindən təyin ediləcək. Bu səbəbdən də məhkəmənin növbəti iclası qeyri-müəyyən vaxta təxirə salınıb.

O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirli bilinir.

2015-ci il yanvarın 6-da həbs edilən N.Kərimov barəsində yanvarın 19-da 19-da onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

İnqilab Əhədov da eyni maddə ilə təqsirli bilinərək həbs edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda həbsdədir.


Natiq Kərimovun məhkəməsində hakim özünə etiraz etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Prezidentdən Zakir Həsənov və Nəcməddin Sadıkovla bağlı - SƏRƏNCAM
    Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
     25.06.2018
    Dünya Bankı: Azərbaycanda fermerlərin təhsil səviyyəsi qənaətbəxş deyil
    Bunu "Kənd yerlərinin inkişafı və Kənd Təsərrüfatı" mövzusunda müzakirələrdə Dünya Bankının nümayəndəsi Julian Lampetti deyib.
     25.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ