1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:05.08.2019 14:29:00

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Musavat Partiyasının üzvü Azad Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Musavat Partiyasının üzvü Azad Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatdığı elan olub.

Prokuror çıxış edərək məhkəmədən Azad Həsənovun ittiham edildiyi Cinayət Məcəlləsinin 234.4.3-cü ( külli miqdarda qanunsuz narkotik maddənin dövriyyəsi) maddəsinin 234.1-ci (şəxsi istehlak miqdarından artıq narkotik maddəni əldə etmə) maddəsinə tövsif edilməsini və onunn1 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini istəyib.

A.Həsənovun vəkili Osman Kazımov çıxış edərək müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Azad Həsənov məhkəmədə son söz deyərən narkotik ittihamını qəbul etmədiyi və barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.

Prosesdə hökm oxunub. Hökmə əsasən Azad Həsənov 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həmçinin Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti) tətbiq edilib və məhkəmə zalından azadlığa buraxılıb. Azad Həsənov barəsində 6 aylıq sınaq müddəti seçilib.

Qeyd edək ki, A.Həsənov 2018-ci il oktyabrın 10-da Litvadan Azərbaycana qayıdıb və oktyabrın 11-də həbs olunub.

A.Həsənov Müsavat Partiyasının üzvüdür.


Narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunan musavatçı azadlığa buraxılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xameneinin cümə xütbəsindən sitatlar: Allahın günləri, Süleymani, ABŞ-ın vurulması...
    Ayətullah Xamenei 2012-ci ildən sonra ilk dəfə Tehranın cümə namazını qıdırıb, xütbə edib
     17.01.2020
    ABŞ etiraf etdi: İranın bazamıza hücumunda yaralananlar olub
    ABŞ Prezidentinin Ayn Asad hərbi bazasında heç bir hərbçinin hədəf alınmamasıyla bağlı açıqlaması yalan çıxdı
     17.01.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ