EURO 1,9369 NEFT 62,38
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:28.09.2018 16:51:17

İlham Əliyevlə Nikol Paşinyan arasında ilk təmas bu ilin iyun ayında Moskvada futbl üzrə Dünya Çempionatının açılış mərasimi zamanı baş tutub

Tacikstanın paytaxtı Düşənbədə keçirilən MDB sammiti zamanı Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ayaqüstü təmas baş tutub.

 

İslamazeri.com "Fakt Xəbər"ə istinadən xəbər verir ki, sammitin rəsmi açılış mərasimi zamanı MDB ölkələrinin liderləri əlifba sırası ilə yanaşı dayanıblar. Bu zaman Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri yanaşı durmalı olub.

 

Rəsmi fotoçəkiliş başa çatdıqdan sonra MDB liderləri sammitin keçirildiyi zala istiqamət alıblar, bu zaman İlham Əliyevlə Nikol Paşinyanın ayaqüstü nəsə danışdıqları kameralar tərəfindən qeydə alınıb.

 

İlham Əliyevlə Nikol Paşinyan arasında ilk təmas bu ilin iyun ayında Moskvada futbl üzrə Dünya Çempionatının açılış mərasimi zamanı baş tutub. Paşinyan bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putin onu Azərbaycan dövlət başçısı ilə tanış edib. Amma Paşinyanın sözlərinə görə, məsələ formal tanışlıqdan uzağa getməyib. İndi isə Paşinyanla Əliyev ilk dəfə bir-birləri ilə danışıblar. Bu, Paşinyanın Qarabağa dair ziddiyətli və qızışdırıcı bəyanatlarından, Azərbaycan prezidentinin ona sərt xəbərdarlığından sonra baş tutur.

 

O da bildirilir ki, Tacikistan prezidenti MDB sammitinin iştirakçılarının şərəfinə ziyafət verərkən Nikol Paşinyan masanın baş tərəfində tək oturub. Qalan prezidentlər isə yanaşı oturublar.


İlham Əliyevlə Nikol Paşinyan ayaqüstü söhbətləşib - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda sərnişin avtobusu qəza törətdi - FOTOLAR
    Bakıda eyni küçədə iki yol-nəqliyyat hadisəsi baş verib.
     19.01.2019
    Mərziyyə Haşiminin həbsi İslamafobiya, söz azadlığının heçə sayılması və İranafobiyadır
    İslamazeri.com-un "Sosial Şəbəkə" profili xəbər verir ki, jurnalist Ramin Bayramov özünün sosial şəbəkə profilində PressTV-nin müxbirinin ABŞ-da həbs olunmasına münasibət bildirib.
     19.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ