EURO 1,8242 NEFT 51,96
USD 1,7022 RUB 0,0303
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:18.04.2017 09:40:23

Aprelin 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrindən sonra saxlanılan ilahiyyatçılar Zülfüqar Mikayılovun, Elman Ağayevin və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

“2016-cı ilin yanvarın 21-də Samur sərhəd-keçid məntəqəsinin əməkdaşları bir nəfəri saxlayaraq İdarəyə gətirdilər. Həmin şəxs etiraf etdi ki, evində silah-sursat var. 3 nəfər İdarənin əməkdaşı və 2 nəfər hal şahidi ilə birlikdə evinə getdik, ərizə yazdı ki, evində axtarış aparılmasına etiraz etmir. Evə girdik, heç kim yox idi, evdə qumbara və tratir şaşkası aşkar edildi. Sənədləşdirdik və İdarəyə gəlib protokollaşdırdıq”.

Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaları İbrahim Kazımov aprelin 17-də keçirilən məhkəmə prosesində belə deyib. Şahid kimi ifadə verən İ.Kazımovdan öncə vəsatətlər dinlənilib.

Aprelin 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrindən sonra saxlanılan ilahiyyatçılar Zülfüqar Mikayılovun, Elman Ağayevin və digərlərinin - Faiq Allahverdiyevin, Mehman Quliyevin, Mehman Məmmədovun, Eldar Bünyatovun, Elxan Həsənovun, Mübariz İbrahimovun, Əli Hüseynovun, Ramil Seyfullayevin, Ruzi İsmayılovun və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Meydan TV-nin məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi iclasda təqsirləndirilən Ruzi İsmayılov ötən proseslərin birində ifadə vermiş Gəncə Baş Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları Rasim Qurbanov və Oqtay Orucov barəsində cinayət işinin başlanması üçün Baş Prokurorluğa müraciət olunması barədə vəsatət verib. Vəsatət R.Qurbanovun təqsirləndirilənlər Ruzi İsmayılov, Mübariz İbrahimov və Ramil Seyfullayev Gəncədə saxlanıldıqdan sonra onlara fiziki və mənəvi işgəncələr verməsi, məhkəmədə təqsirləndirilən şəxsləri təhqir etməsi, təqsirləndirilənlərlə aqressiv danışmaları və Oqtay Orucovun məhkəmədə yalan ifadə verməsi ilə əsaslandırılıb.

Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

İclasda təqsirləndirilən Elxan Həsənovun vəkili Ramiz Məmmədov müdafiə etdiyi şəxs barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət verib. Lakin vəsatət təmin edilməyib.

Sonra İ.Kazımov dindirilib. O, təqsirləndirilənlərdən Faiq Allahverdiyevi saxladıqlarını bildirib:

İ. Kazımov vəkillərin suallarına cavab verərəkən evin otaqlarının sayının nə qədər olmasını xatırlmadığını deyib və həmin əməliyyatdan sonra çox əməliyyatda iştirak etdiyini bildirib. O, əməliyyat zamanı videoçəkiliş aparıldığını deyib.

Şahidin dedikləri ilə bağlı çarpaz dindirmə zamanı Faiq Allahverdiyev deyib: “Belə razılaşdırıldı ki, məndə silah var”. Axtarış aparılan zaman evdə adam olduğunu, idarənin əməkdaşlarının evə girməyərək, yalnız evin zirzəmisinə daxil olaraq, özləri qoydularını özlərinin də götürdüklərini deyib.

İ. Kazımov ona verilən suallara cavab olaraq əməliyyatın 30-40 dəqiqə çəkdiyini bildirib, lakin Faiq Allahverdiyev əməliyyatın 3-5 dəqiqə çəkdiyini deyib. Onun “Mən heç vaxt üzə durmamışam. Heç nədən xəbərim yoxdur, niyə mənə o qədər maddə qoymusunuz?” sualının isə hakim çıxarıldığını bildirib. Faiq Allahverdiyev şahidə “İnşallah, siratda görüşəcik” - deyib.

Daha sonra İdarənin əməliyyat müvəkkili Mehman Teymurov ifadə verib. O da yalnız Faiq Allahverdiyevi tanıdığını deyib:

“21 yanvar 2016-cı ildə F.Allahverdiyevi gətirdilər İdarəyə.

Sonra evinə baxış keçirildi. Zirzəmidən 2 qumbara, 3 ədəd kitabça aşkar edildi. Sənədləşdirildi və İdarədə protokollaşdırıldı”.

Vəkil Zibeydə Sadıqovanın “Siz aşkar edilən və Taleh Bağırzadənin müəllifi olduğu iddia edilən kitabçanı oxumusunuz?” sualına şahid “Oraya kitab oxumağa getmişdim?“ cavabını verib. Vəkilin "Niyə başqa kitabları yox, həmin kitabçanı götürmüsünüz?” sualına isə Teymurov “Məlikməmmədin nağılı olan kitabı götürəsi deyildim ki!” cavabını verib.

Daha sonra idarənin əməkdaşı Kamil Məmmədov ifadə verib. O, Mehman Quliyevi tanıdığını desə də, təqsirləndirilən şəxslər arasında onu tanıya bilməyib. Bu zaman digər təqsirləndirilən Mehman Məmmədov ayağa qalxıb, şahid ona “Kökəlmisən” - deyib.

Şahid Kamil Məmmədov 26 noyabr 2015-ci ildə Nardaranda keçirilmiş əməliyyatdan sonra Mehman Quliyevin saxlanılması əməliyyatında da iştirak etdiyini bildirib:

“Mənə əməliyyat məlumatı daxil olmuşdu, əməliyyat qrupu yaradıldı, qrupa mən rəhbərlik edirdim. Getdik Nardarana, 1 dekabr 2015-ci ildə M.Quliyevin evinin qarşısında əməliyyat mövqeyi seçdik. O, darvazadan çıxanda saxladıq. Razılıq ərizəsini alıb, axtarış üçün evinə getdik, özü dedi ki, qonaq və yataq otağında nəsə var. Qonaq otağında xəncər var idi, yataq otağındakı siyirmədən də 2 qumbara, 10 ədəd patron və çağırışlar olan 3 ədəd kitabçanı özü bizə verdi, qablaşdırdıq, İdarədə protokollaşdırdıq”.

Vəkillərin suallarına cavab verərkən şahid Məmmədov əməliyyatda mülki geyimdə olan 3 nəfər idarənin əməkdaşının - onun, İslam Ağabəyovun və Şahlar adlı digər əməkdaşın, 2 nəfər hal şahidinin iştirak etdiyini deyib. Lakin Mehman Quliyev evinə 3 nəfər yox, 15 nəfərin gəldiyini, həmin şəxslərin mülki geyimdə yox, xüsusi geyimdə və maskada olduqlarını, onların evinin qapısını təpiklə sındırıb açdıqlarını deyib. O, atasının da saxlanıldığını, lakin sonradan onu buraxdıqlarını bildirib. Şahid isə əməliyyat zamanı başqa heç kimin saxlanılmadığını deyib.

Mehman Quliyev evində axtarış aparılması barədə ərizəni axtarışdan sonra idarədə Kamil Məmmədovun onu döyərək aldığını deyib. Bu zaman təqsirləndirilən Zülfüqar Mikayılov “Getsin ermənini vursun. Erməninin qabağından qaçıblar. Elə də durub deyir ki, elə bil qəhrəmanlıq edib” deyib. Hakim ona sonuncu xəbərdarlıq etdiyini bildirib. Növbəti dəfə onun zala buraxılmayacağını bildirib. Digər təqsirləndirilən şəxslər Zülfüqar Mikayılovun zala buraxılmayacağı halda, onların da prosesdə iştirak etməyəcəklərini bildiriblər.

Vəkil Ramiz Məmmədov şahiddən soruşub ki, ekspert və xüsusi bilikləri olmadığı halda kitabçada çağırışların olduğunu haradan bilir. Şahid isə Nardaran əməliyyatında da iştirak etdiyini, orada bunun ona deyildiyini bildirib. Vəkil həmin şəxsin dindirilməsi üçün adının çəkilməsini istəyib. Lakin hakim sualı çıxarıb.

Mehman Quliyev “Bizim evimizin iki qapısı var, biri böyükdür, biri isə kiçik. Siz hansından həyətə daxil oldunuz” sualına şahid “Darvazadan” cavabını verib. M.Quliyev isə “Bizim darvazamız yoxdur, qapılarımızın isə ikisi də kiçikdir” deyib. O, silah-sursatın haradan aşkar olunduğunu soruşub, şahid “Göy rəngli dolabdan” cavabını verib. M.Quliyev isə belə bir rəngdə nmebellərinin olmadığını deyib.

Təqsirləndirilən Z.Mikayılov “Siz deyirsiniz soruşduq, o da çıxarıb özü təqdim etdi. Bir adam əgər dövlət çevrilişi etmək istəyirsə, ona necə inanmaq olar ki, 2 qumbaradan başqa silahı yoxdur? Bəlkə elə indi də silah saxlayır evdə?” sualını verib, hakim isə ona “Biz şahidlə bağlı “Əl-Nisa” surəsini soruşmuruq ki. Sən də Cinayət Prosessual Məcəlləyə uyğun ver sualı” deyib.

Proses mayın 1-də davam edəcək.

Təqsirləndirilən şəxslər 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyatdan sonra saxlanılıblar. Onlar qanunsuz silah saxlama və digər ağır maddələrə əsasən ittiham olunurlar. Təqsirləndirilən şəxslər isə ittihamları saxta adlandırırlar.

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə də Nardarandakı əməliyyat zamanı saxlanılıb. O, hakimiyyəti tənqid edən çıxışlarına görə həbs edildiyini deyir.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.


"Nardaran işi-3" məhkəməsinin növbəti prosesi keçirilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstan və İran ruhaniləri arasında da əlaqələr genişlənir - FOTO
    Gürcüstanın baş nazirinin İrana rəsmi səfərilə iki ölkə arasında əlaqələrin genişlənməsindən sonra, iki ölkə ruhaniləri arasında da əlaqələr genişlənməkdədir
     23.04.2017
    Cəbhədə düşmən təxribatı davam edib
    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan (16 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 114 dəfə pozub.
     23.04.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ