EURO 1,8816 TRY 0,2946
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:02.05.2019 17:07:18

Namaz qılmayan şəxsin oruc tutması düzgündürmü?

Namaz qılmayan şəxsin oruc tutması düzgündürmü?

İslamazeri.com Milli.Az-a istinadən xəbər verir ki, bu sualı ilahiyyatçı Hacı Şahin Həsənli cavanlandırıb:

"Namaz və oruc ayrı-ayrı vacib ibadətlərdir və bəzi hallarda bəzi insanlar namaz qılmadıqda digərləri ona oruc tutmağın da mənasız olduğunu deyir. Deyir "Namaz qılmırsansa oruc tutub özünə boş-boşuna əziyyət vermə". O tamamilə yanlış fikirdir, səhv yanaşmadır. Namaz qılmasa belə oruc tutursa, hər bir halda bu onun gələcəkdə Allaha yaxınlaşmasına xidmət edə bilər, digər dini ayinləri icra etməyinə yardımçı ola bilər. Ona görə də namaz qılmaq vacib olsa da namaz qılmayan insanların oruc tutması lazımdır və oruc tutanlar da oruclarına davam edə bilərlər".

Qeyd edək ki, ilahiyyatçı SƏS-TV-nin canlı yayımında qonaq olub.

Xatırladaq ki, fətvaya əsasən, Azərbaycanda Ramazan ayının ilk günü mayın 6-da başlayacaq. Mayın 5-dən 6-na keçən gecə niyyət gecəsidir. Ramazan ayının son günü iyunun 4-nə təsadüf edir. İyunun 5-6-sı Azərbaycanda Ramazan bayramıdır.


Namaz qılmayan şəxsin oruc tutması düzgündürmü? - Hacı Şahin aydınlıq gətirdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzindən siyasi və dini liderlərə müraciət
    Qafqaz Müsəlmanları İdarəsi nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb.
     23.08.2019
    QMİ sədri Çeçenistana gedib
    Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir
     23.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ