1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:17.04.2019 09:52:57

2019-cu ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 144 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 86 ölkəyə məhsul ixrac olunub, 138 ölkədən idxal olunub.

2019-cu ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 144 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 86 ölkəyə məhsul ixrac olunub, 138 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən İslamazeri.com-a verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmayıb ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilən dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 5121,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 2955,4 milyon dollar, idxalın dəyəri 2165,8 milyon dollar təşkil etmiş, nəticədə 789,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 13,0 faiz, o cümlədən idxal 49,1 faiz artmış, ixrac isə 4,0 faiz azalıb. Real ifadədə dövriyyə 6,1 faiz, o cümlədən idxal 18,7 faiz, ixrac 0,1 faiz artıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 37,7 faizini İtaliyaya, 8,7 faizini Türkiyəyə, 7,6 faizini Almaniyaya, 4,7 faizini İspaniyaya, 4,6 faizini Portuqaliyaya, 4,4 faizini Hindistana, hər biri 3,7 faiz olmaqla Gürcüstan və Avstriyaya, 3,4 faizini Çexiyaya, 2,8 faizini Rusiyaya, 2,7 faizini Yunanıstana, 2,6 faizini Fransaya, 2,4 faizini İsrailə və qalan 11,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 12,7 faizi İsveçrə, 11,6 faizi Rusiya, 9,1 faizi Türkiyə, hər biri 8,4 faiz olmaqla İran və Çin, 5,8 faizi Kanada, 4,3 faizi ABŞ, 3,9 faizi Almaniya, 3,7 faizi Avstraliya, 3,0 faizi Ukrayna, 2,6 faizi Belarus, 2,4 faizi İtaliya, 24,1 faizi isə digər ölkələr ilə aparılan idxal əməliyyatlarının payına düşüb.


Ən çox məhsul idxal və ixrac etdiyimiz ölkələr - STATİSTİKA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vilayət Eyvazov baş leytenantı rəis təyin etdi
    Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.
     14.11.2019
    Bakıda ictimai asayişi pozan şəxsləri vətəndaşlar belə döydü - YENİ VİDEO
    Noyabrın 12-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yolu bağlayaraq qadınları təhqir edən şəxsin yeni görüntüləri yayılıb.
     14.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ