EURO 2,0032 NEFT 63,42
USD 1,7001 RUB 0,0289
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:12.10.2017 17:19:46

Anasını, iki bacısını, qardaşını və ən sonda körpəsini gözləri qarşısında itirən bir ana buna əlavə olaraq bir də əsgərlər tərəfindən təcavüzə məruz qalıb.

"Çayın digər tərəfinə keçmək təlaşında olan yüzlərlə qadın əsgərlər tərəfindən dayandırılıb. Silahlı əsgərlər qaçanlara hərəkət etməmələri əmrini verib.

Əsgərlər əlində uşağı olan bir qadına yönəlib. Bunun fərqinə varan qadın qucağındakı körpəni daha sıx qucaqlamağa başlayıb.

Əsgərlər "sən",- deyə çığırıb.

Qadın daha da qorxub. Bir neçə saniyə sonra qadını bir zərbə ilə zərərsizləşdirən əsgərlər qucağındakı körpəni götürüb alova atıb".

İslamazeri.com xəbər verir ki, bu sözlər Banqladeşə sığınan arakanlı müsəlmanların "New York Times" müxbirinə dedikləri başlarına gələn əhvalatlardan yalnız biridir.

Qəzet müxbiri Cefri Qetlementın qeyd etdiyi hadisəyə görə, anasını, iki bacısını, qardaşını və ən sonda körpəsini gözləri qarşısında itirən bir ana buna əlavə olaraq bir də əsgərlər tərəfindən təcavüzə məruz qalıb.

Arakanlılar dünyada ən çox zülmə məruz qalan etnik qruplardan biridir. Banqladeşə sığınanların sayı 500 mini keçib. Qaldıqları düşərgələrdə həyat mübarizəsi aparırlar. Zülmdən xilas olmuş kimi görünsələr də yaşadıqları dəhşətləri unutmaları mümkün deyil.

İngilis humanitar yardım dərnəyi "DecCharity" Banqladeşdəki pis vəziyyətdə olan çadırlarda qalan yüz minlərlə arakanlını havadan lentə alıb. Nəhəng bir sahəyə yayılan düşərgədə qalan qaçqın sayı yarım milyonu keçib.


Myanmada müsəlman bir qadının körpəsini qucağından alıb alova atdılar - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda
    Dələduzluq yolu ilə insanları aldadan, bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirib.
     15.12.2017
    Proses dekabrın 22-də davam etdiriləcək
     15.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ