1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR

Kateqoriya : XƏBƏRLƏR

Yayınlanma tarixi:14.11.2017 11:55:30

Müsəlman azlığa qarşı çıxışları ilə tanınan Abbat Parmauxa zaminə buraxılmayıb.

Myanmanın həbsdə olan tanınmış radikal millətçi buddist rahibi abbat Parmauxanın bu gün keçirilmiş məhkəmə prosesində onun zaminə buraxılmaqla bağlı müraciəti təmin edilməyib.

İslamazeri.com AFP-yə istinadla xəbər verir ki, Rohinca müsəlmanlarına qarşı nifrət aşılayıcı çıxışları ilə tanınan radikal din xadimi ötən həftə saxlanılıb.

Bu gün keçirilmiş məhkəmədə Abbat Parmauxa 2016-cı ilin aprel ayında ABŞ səfirliyi qarşısında keçirilmiş etiraz aksiyasına görə ittiham edilir. O, ABŞ hökumətinin müsəlman azlığı nəzərdə tutan "Rohinca" kəlməsini işlətməsinə etiraz edib. Belə ki, Myanmada bir çox radikal buddistlər və hökumət nümayəndələri müsəlmanlar barədə Rohinca sözünün işlədilməsinə qarşı çıxırlar. Onlar Rohinca adlı etnik qrupun mövcudluğunu rədd edərək onların Banqladeşdən köçmüş qanunsuz miqrantlar kimi qələmə verirlər.

Bildirək ki, məhkəmə iclasına girməmişdən əvvəl qısa müsahibəsində Abbat Parmauxa Myanma dövlətinin suverenliyinə xidmət etdiyini dilə gətirib. Yanqon şəhərində baş tutmuş məhkəmədə növbəti proses 21 noyabra təyin edilib.


Myanmada həbs edilmiş radikal buddistin şikayəti rədd edilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Zimbabve prezidenti istefa verəcək
    Robert Muqabe Zimbabve prezidenti postunu tərk etməyə razılaşıb
     19.11.2017
    Bu gün İmam Rzanın (ə.s.) şəhadət günüdür
    mam Rza (ə) vətəni Mədinədən çox uzaqlarda, Xorasanın Tus şəhərində qərib halda şəhid olduqdan sonra şəhərin adını Məşhəd, yəni “şəhid olunan yer” qoyublar.
     19.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ