EURO 1,9775 TRY 0,2217
USD 1,7 RUB 0,0217
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:10.06.2019 12:53:26

Bu addımın təşəbbüskarı mülayim baxışları ilə seçilən buddist monax olub.

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Myanmada əhalinin əksəriyyəti təşkil edən buddistlər yerli müsəlmanları təəccübləndiriblər.

Belə ki, buddistlər sıra ilə düzülərək paytaxt Yanqon şəhərindəki Dərgah məscidində bayram namazı üçün toplaşmış müsəlmanlara Ramazan ayının bitməsi münasibəti ilə güllər paylayıblar. Həmin buddistlər gül paylamaqla yanaşı, polislərin yerinə bayram tədbirinin təhlükəsizliyini də təmin edirdilər.

Bu addımın təşəbbüskarı isə mülayim baxışları ilə seçilən buddist monax Seyindita olub. O, 100 könüllü toplaya bilib. Ümumilikdə aksiya Myanmada yerləşən 23 məsciddə təşkil olunub.

Xatırladaq ki, son illər ərzində Myanmada buddistlərin yerli müsəlman xalqı Rohincaya qarşı zülm və təcavüzlərinin səviyyəsi şiddətli şəkildə artıb. Müsəlmanlara qarşı edilən amansız hücum nəticəsində minlərlə günahsız və dinc müsəlman qətlə yetirilib və yaralanıb, yüzminlərlə müsəlman isə qaçqına çevrilib.


Myanmada buddistlərdən müsəlmanlara Ramazan hədiyyəsi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İŞİD terrorçuları maşına partlayıcı quraşdırarkən partladılar
    Hadisə nəticəsində 5 terrorçu ölüb.
     28.09.2020
    Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizləndi - VİDEO
    Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb
     28.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ