EURO 1,9326 NEFT 60,28
USD 1,7 RUB 0,0255
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:10.03.2018 21:48:14

Yasamal rayonunda "Məhsul" stadionunda Milli Şura, Xalq Cəbhəsi və Müsavat partiyalarının üzvlərinin iştirakı ilə müxalifətin hakimiyyət tərəfindən icazə verilmiş mitinq keçirib

Yasamal rayonunda "Məhsul" stadionunda Milli Şura, Xalq Cəbhəsi və Müsavat partiyalarının üzvlərinin iştirakı ilə müxalifətin hakimiyyət tərəfindən icazə verilmiş mitinq keçirilib.

İslamazeri.com Turan-a istinadən xəbər verir ki, Aksiyada minlərlə insan iştirak edib.  

Milli Şuranın lideri Cəmil Həsənli hakimiyyətin antixalq xarakterinin əsas əlaməti kimi korrupsiyanı qeyd edib. "Əraziləri işğal edilmiş ölkədə milyardlar offşor zonalara gedir. Hakimiyyət bununla məşğuldursa, onların işğal edilmiş ərazilərin azad edilməsi haqqında düşünməsini gözləmək olar? Əlbəttə ki, yox", deyə o bildirib.

Daha sonra o qeyd edib ki, bu, müxalifətin hakim rejimin hakimiyyəti qəsb etməsinə qarşı son mitinqi deyil. "Biz azad seçkilər uğrunda mübarizəni davam etdiririk, mitinqlərimiz davam edəcək", deyə o bildirib.

Daha sonra Müsavat Partiyasının başçısı Arif Hacılı öz çıxışında qeyd edib ki, onun partiyası da növbədənkənar seçkilərə qarşıdır, çünki seçkilər xalqın öz iradəsini azad şəkildə ifadə etməsi demək deyil. "Ölkədə ədalətli siyasi rəqabət şəraiti yoxdur, seçki komissiyaları hakimiyyətin nəzarəti altındadır, məhz bu komissiyalar əvvəlki seçkiləri saxtalaşdırıb", deyə o bildirib.

Milli Şura üzvü Gültəkin Hacıbəyli hakimiyyəti pensiyaçıların və aztəminatlı vətəndaşların hüquqlarını pozmaqda ittiham edib. Korrupsiyadan və hakimiyyətin düşüncəsiz iqtisadi siyasətindən ən çox əhalinin bu təbəqələri əziyyət çəkir.

Hakimiyyət bütün narazı olanları ölkənin düşməni elan edir və repressiyaya məruz qoyur. Ölkədə siyasi məhbuslar ordusu məhz belə yaranıb, deyə o qeyd edib. Digər çıxış edənlər siyasi məhbusları azad etmək, siyasi məhbusların qohumlarının təqibinə don qoymaq və hakimiyyətin satqın, casus və xarici dövlətlərin beşinci kolonu kimi qələmə verdiyi müxalifətə qara yaxmağa son qoymaq tələblərini dilə gətiriblər.

Təşkilatçıların sözlərinə görə, mitinqdə on min nəfər iştirak edib.

Mitinq zamanı və aksiya başa çatarkən polislə ciddi qarşıdurmalar olmayıb. Mitinqdə çıxış edən Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli hakimiyyətin aksiyanı istənilən yolla pozmağa cəhd etdiyini bildirib. "Təkcə AXCP üzvlərindən 8 nəfər inzibati qaydada həbs olunub, onların üçü mitinq komitəsinin üzvləridir", deyə o qeyd edib. Bundan başqa, Müsavat Partiyasının üzvləri də təzyiq və həbslərə məruz qalıb, deyə Kərimli əlavə edib.


Müxalifət mitinq keçirib - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyədə Rize şəhərinin polis rəisi öldürüldü - VİDEO
    Türkiyənin Rize şəhərinin polis rəisi otağında qətlə yetirilib
     11.12.2018
    İran XİN ölkə vətəndaşlarına Gürcüstana getməməyi tövsiyə edib
    200 İran vətəndaşının Gürcüstandan deportasiyası ilə əlaqədar Gürcüstanın İrandakı səfiri İran XİN-ə çağrılıb
     11.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ