1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:26.08.2019 10:26:46

AXCP Hacıqabul rayon (Bakıdan 128 kilometr qərb) şöbəsinin sədri Kamal Heydərovun oğlu İmaməddin Heydərov həbs olunub

AXCP Hacıqabul rayon (Bakıdan 128 kilometr qərb) şöbəsinin sədri Kamal Heydərovun oğlu İmaməddin Heydərov həbs olunub. Ona 30 sutka inzibati həbs cəzası verilib.

Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) məlumatında deyilir.

AXCP hesab edir ki, müxalifət fəalının oğlunun həbsinin səbəbi onun Facebook şəbəkəsində fəal olmasıdır.

Amma İmaməddin Heydərovun həbsi və həbsin səbəbləri ilə bağlı rəsmi qurumlar hələ açıqlama verməyib.

Son bir həftədə AXCP-nin 6 fəalı saxlanılıb. Onlardan beş nəfəri 10 sutkadan 60 sutkayadək inzibati həbsə məhkum edilib. Bir partiya fəalı isə inzibati qaydada 50 manat cərimələnib.

AXCP-nin məlumata görə, bu ilin yanvarında Milli Şuranın mitinqi ərəfəsində və sonra müxtəlif vaxtlarda bu partiyanın 90-dək fəallı inzibati qaydada cəzalandırılıb. Onlardan 60 nəfəri 10 sutkadan 30 sutkayadək, o cümlədən bir fəal 60 sutka inzibati həbsə məhkum edilib. Partiya fəallarından 5 nəfəri təkrarən inzibati həbsə məruz qalıb. Onların əksəriyyəti polisin qanuni tələbinə tabe olmamaqda təqsirləndirilib.

Bu il AXCP-nin 26 fəalı 50 manatdan 500 manatadək inzibati qaydada cərimə edilib.

Partiya fəallarının hamısının siyasi mövqelərinə görə şərləndiyini bildirib.

Azərbaycanın rəsmiləri bir qayda olaraq ölkədə bütün fundamental azadlıqların tam təmin edildiyini bəyan edir. Rəsmi Bakı insanların qanun qarşısında bərabər olduğunu və siyasi baxışlarına görə təqib olunmadığını bildirir.

Bununla yanaşı, yerli hüquq müdafiəçiləıri ölkədə 100-dən çox insanı siyasi məhbus elan edib. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyətdədir. Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı Azərbaycanda ondan çox insanı vicdan məhbusu elan edib.


Müxalifət fəalının oğlu həbs edilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran ABŞ casusunu edam etdi
    Edam edilən şəxs İran MN-in aerokosmik sektorunun keçmiş əməkdaşı olub.
     14.07.2020
    Düşmənin kapitan və mayoru məhv edildi - İtkilərini gizlədə bilmir...
    İşğalçı Ermənistan rejiminin mayor və kapitanı öldürülüb.
     14.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ