EURO 2,0849 NEFT 68,61
USD 1,7001 RUB 0,0301
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:04.03.2017 10:43:14

Yaponiyanın yerli müsəlmanlar icması ilk məscidini istifadəyə verib.

İslamazeri.az-ın “Qolos İslama”-ya istinadən verdiyi xəbərə əsasən, ötən ilin sonunda Yaponiyanın paytaxtı Tokio şəhərində yeni məscidin açılışı olub. “Mədəni mübadilə İslam mərkəzi” adlı bina Hiqaşi-Qotanda rayonunun, Şiqanava Vard küçəsində yerləşir.

Mərkəzi xüsusiyəti ondan ibarətdir ki, onu miqrantlar yox, “Yaponiya Müsəlmanlar Assosiyasiyası”ndan olan müsəlman yaponlar yaponlar açıb. Assosiyasiyanın bütün Yaponiyada ümumilikdə 500 üzvü var. Onların paytaxtdakı üzvlərinin sayı təxminən 50 nəfərdir.

Mərkəzin hədəfi hər şeydən öncə İslami çağırışın yerli yaponlara, onlar üçün anlaşılan dildə və yaxın mədəni formada çatdırılması, o cümlədən də yapon müsəlmanların icmasının birləşdirilməsidir.

Qeyd edək ki, Tokiodakı müsəlman yaponların icması yarandığı andan yalnız 50 il sonra öz məscidinə sahib ola bilib. İcma 2003-cü ildə onun tikintinisi üçün ianələrin toplanması üzrə beynəlxalq kampaniyaya start vermişdi. Məscidin tikintisi 2,3 milyon ABŞ dollarına başa gəlib.


Müsəlman yaponlar ilk məscidlərini açdılar

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Lənkəranda evlərə basqın edərək bir nəfərin ölümünə səbəb olan şəxs saxlanılıb - FOTO
    Bir neçə gün öncə Liman şəhərinin "Xutor" deyilən yaşayış massivində üç evə basqın edərək 4 nəfərə ağır xəsarət yetirən və nəticədə onlardan birinin ölümünə səbəb olan naməlum şəxs barədə yeni təfərrüatlar məlum olub.
     21.01.2018
    20 Yanvar faciəsilə bağlı geniş tədbir keçirildi - İmam Ümmət məscidində - FOTO, VİDEO
    Dünən Bakının Bülbülə qəsəbəsində yerləşən İmam Ümmət məscidində 20 Yanvar faciəsilə bağlı geniş tədbir keçirilib
     21.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ