EURO 1,8799 TRY 0,2973
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:24.05.2019 16:33:17

BƏƏ-də yaşlı insanlarla bağlı qanun qəbul edilib.

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, BƏƏ rəhbərliyi yaşlı insanlara hörmətsizlik edən ölkə sakinlərini sərt şəkildə cəzalandırmağı planlaşdırır.

Federal Milli Şura 60 yaşdan yuxarı insanların müdafiəsi barədə qanun layihəsini təsdiq edib.

Yaşlıların hüquqlarının pozulması və onlara qarşı yaraşmaz münasibətə görə cəzalar nəzərdə tutulub. Belə ki, qocalara qarşı başısoyuqluq sərgiləyən sosial işçilər böyük məbləğdə cərimələnə və ya həbs edilə bilərlər. Həmçinin yaşlı insanlara qarşı istənilən zorakılıq da həbs və cərimə ilə cəzalandırılacaq.

Eyni zamanda da, öz yaşlı qohumlarının qayğısına qalan vətəndaşlara imtiyazlar və maliyyə dəstəyinin verilməsi planlaşdırılır.

Həmçinin qanun yaşlı insanlar üçün “qaynar xəttin” yaradılmasını da nəzərdə tutur. Belə ki, yaşlı insanlar buraya zəng edərək öz hüquqlarının pozulması barədə bəyan edə bilərlər.

Qeyd edilir ki, hazırda BƏƏ-də 60 yaşdan yuxarı 25 min vətəndaş yaşayır.


Müsəlman ölkəsi qocaların hörmətini saxlamayanları cəzalandıracaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda bir neçə polis bölmə və şöbələrinə təyinatlar
    Bakının bir sıra şöbə və bölmələrinin rəis müavinləri vəzifələrinə təyinatlar olub.
     20.09.2019
    Tanınmış bloqer canlı yayımda öldü - VİDEO
    Daniyal Khan "Tik Tok"un tanınmış pakistanlı bloqeri dostları ilə birlikdə yol qəzası nətcəsində ölüb
     20.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ