EURO 1,8816 TRY 0,2946
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:24.05.2019 17:34:59

Qətər müvafiq siyahılarda ilk yeri tutub.

İslamzeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, “AirHelp” dünyanın ən yaxşı hava limanları və avia şirkətlərinin reytinqini tərtib edib.

Məlum siyahı 40 ölkədən olan 40 mindən çox müştərinin rəyləri, həmçinin mütəxəssislərin qiymətləndirmələri əsasında hazırlanıb.

Reytinq hazırlanan zaman uçuş qrafiklərinə riayət edilməsi, xidmət keyfiyyəti, restoran və mağazaların mövcudluğu kimi göstəricilər də nəzərə alınıb.

Ümumilikdə siyahıya 134 hava limanı daxil edilib. Dünyanın ən yaxşı hava limanı adına isə Qətərdə yerləşən “Həmad” Beynəxalq Hava Limanı layiq görülüb.

2 və 3-cü yerlərdə isə, müvafiq olaraq, Yaponiyada “Tokiyo” və Yunanıstandakı “Afina” hava limanlarıdır.

Avia şirkətlərə gəldikdə isə, burada da birinci yerin sahibi Qətərin “Qatar Airways” şirkətidir. Onun ardınca isə “American Airlines” və “Aeromexico” gəlir.


Müsəlman ölkəsi bu sahədə dünyanın ən yaxşısı seçildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Huawei” süni intellekt texnologiyaların istifadə olunduğu prosessoru təqdim edib
    “Huawei” şirkəti süni intellekt texnologiyalarının istifadə olunduğu yeni “Ascend 910” prosessorunu və yeni “MindSpore” proqram təminatını təqdim edib.
     23.08.2019
    Yeni
    "Samsung Electronics" avqustun 23-də yeni flaqman smartfonu "Galaxy Note 10"u 70 ölkədə satmağa başlayıb.
     23.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ