1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:17.02.2020 17:10:50

Müsavat Partiyası parlament seçkilərinin saxtalaşdırılmasına etiraz olaraq fevralın 16-da MSK-nın binası yaxınlığında keçirilmiş mitinqin polis tərəfindən dağıdılmasını qətiyyətlə pisləyir.

İslamazeri.com Turan-a istinadən xəbər verir ki, aksiyanın təşkilatçıları, Müsavat Partiyasının başqanı Arif Hacılı, Real Partiyasının sədri İlqar Məmmədov, D18 təşkilatının sədri Ruslan İzzətli aksiya başlamadan öncə saxlanılıb. Saxlanma zamanı qanun pozuntusuna yol verilib,  mülki geyimdə olan polis əməkdaşları özlərini təqdim etməyiblər.

Səhər saatlarından MSK-nın binasına gedən bütün yollar polis tərəfindən bağlanıb. Etiraz aksiyası zamanı 100-ə yaxın adam saxlanılıb. Onlardan 74 nəfərinin şəxsiyyəti  müəyyənləşdirilib.

Saxlanılanların arasında əksəriyyəti Müsavat Partiyasının üzvü olan onlarla deputatlığa namizəd, müşahidəçi və seçki üzrə səlahiyyətli nümayəndələr var.

Saxlanılan şəxsləri avtobusla apararaq Bakıdan onlarla, yüz kilometrlərlə uzaqda - Hacıqabul, Qobustan, Ələt, hətta Yevlaxda düşürüblər.

Müsavat Partiyası polisin bu əməliyyatını Azərbaycanda fundamental insan haqlarının, o cümlədən sərbəst toplaşma azadlığının kobud şəkildə pozulması kimi qiymətləndirir, hakimiyyətdən repressiyalara son qoyulmasını, qanunu pozan polis əməkdaşlarının və onlara bu qanunsuz əmri verənlərin cəzalandırılmasını tələb edir.

Müsavat Partiyası seçki saxtakarlığına qarşı mübarizənin davam edəcəyini bəyan edir, demokratik düşərgəni birgə fəaliyyətə, yerli və beynəlxalq ictimaiyyəti bu mübarizəyə daha fəal dəstək verməyə çağırır.


Müsavat Partiyası: Seçki saxtakarlığına qarşı mübarizə davam edəcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ənsarullahın Səudiyyəyə göndərdiyi fələstinlilərlə bağlı mesaja Həmas-dan cavab
    Həmas Yəmənin Ənsarullah hərəkatına təşəkkür edib
     28.03.2020
    Vəkili Tofiq Yaqublu ilə görüşüb
    Vəkil Elçin Sadigov Tofiq Yaqublu ilə görüşüb.
     28.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ