1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:26.05.2019 05:13:59

2019-cu il mayın 25-də Zaqatala rayonunda Müsavat Partiyası Zaqaitala Rayon Təşkilatının növbəti qurultaya hazırlıqla konfansını kçeiirlməsinə polis kobud şəkildə müdaxilə edib və tədbir baş tutmayıb

2019-cu il mayın 25-də Zaqatala rayonunda Müsavat Partiyası Zaqaitala Rayon Təşkilatının növbəti qurultaya hazırlıqla konfansını keçirilməsinə polis kobud şəkildə müdaxilə edib və tədbir baş tutmayıb. Bunu Zaqatalada olan Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Gülağa Aslanlı xəbər verib.

G.Aslanlı deyib ki, konfrans Müsavat Partiyasının sədri Arif Hacılının Tala kəndindəki ata evundə keçirilməli idi: "Rayon Polis Şöbəsinin rəisi istisna olmaqla 20 nəfər qədər polis həyətə daxil oldu. Bizə bildirdilər ki, rayon icra hakimiyyətindən icazə alınmadığına görə, konfransın keçirilməsinə icazə verilməyəcək. Biz də izah etdik ki, bu tələb qanunda və ya Konstitusiyada nəzərdə tutulmur, ona görə də qanunsuzdur . Amma bütün bunlara baxmayaraq polislər müdaxiləyə son qiyadırla və tədbirin keçirilməsi baş tutmadı." Aparat rəhbəri bunu bildirib.

G.Aslanlı deyir ki, müxtəlif rayonlarda polis müdaxiləsilə üzləşiblər. Zaqataladakı kimi kobud müdaxilə heç yerdə baş verməyib.

Onun sözlərinə görə, tədbirin baş tutmamasına baxmayaraq polis nəfərləri hətta Zaqatalada oturub çay içib, çörək yeməyi də onlara qadağan edib.

G.Aslanlı bütün baş verənləri hakimiyyətin mövcud durumunun ağır olması ilə bağlı olduğunu iddia edib: "Bir tərəfdən cəmiyyət fəallaşır, digər tərəfdən Müsavat Partiyası başqanı ABŞ-da görüşlər keçirir, ona görə də hətta 20-25 nəfər vətəndaşın bir yerə toplanması belə hakmiyyəti narahat edir və bütün baş verənlər hakimiyyətin ciddi narahatlığının göstəricisdir", G.Aslanlı polisin tədbir keçirilməsinə reaksiyasını belə şərh edib.

Xatırladaq ki, Müsavat Partiyası IX qurultaya hazırlaşır, Bununla əlaqədar nümayəndələrin seçilməsilə bağı rayon təşkilatlarının konfransları keçirilir.

Konfranslar başa çatdıqdan, qurultay nümayəndələri seçildikdən sonra qurultayın vaxtı müəyyən olunacaq.

2014-cü ildə partoyanın VIII qurultayında Arif Hacılı Müsavat partiyasının başqanı seçilib.(Turan)


Müsavat: Müdaxilə edildiyinə görə tədbirimiz baş tutmadı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tokayevdən Trampa Çin mesajı
    ABŞ Çinlə davam edən ticarət müharibəsində kompromis tapmalı və Çini çıxılmaz vəziyyətə salmamalıdır.
     18.06.2019
    Gürcüstanda məktəbdə yanğın
    Gürcüstanda məktəbdə yanğın baş verib
     18.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ