EURO 1,9963 NEFT 51,11
USD 1,7008 RUB 0,0287
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL

Kateqoriya : TƏHLİL

Yayınlanma tarixi:21.02.2017 12:43:58

Şiə lider Müqtəda əs-Sədrin liderliyini etdiyi hərəkat Mosulun azad edilməsi və İŞİD ünsürlərinin məhv edilməsindən sonrakı mərhələ üçün ölkənin idarəsiylə bağlı təkliflərə yer verdiyi proqram yayımlayıb...

İslamazeri.az İraq mediasına istinadən xəbər verir ki, "Sədr" Hərəkatının lideri Müqtəda əs-Sədr Mosulun İŞİD-dən azad edilməsindən sonrası üçün ölkənin idarəçiliyinə dair təkliflərə yer verdiyi bir proqram yayımlayıb.

Sədrin ofisindən verilən yazılı açıqlamada, 29 maddəlik təklifdə sərhədçilər başda olmaqla İraq əsgərləri vasitəsilə ölkənin bütün sərhəd bölgələrinin təhlükəsizliyinin təmin edilməsi və dövlətin suverenliyinin qorunması üçün hökumətə xitabən bütün işğalçı qüvvələrin ölkə ərazisindən çıxarılması tələb olunur.

 

SİLAHLARIN DÖVLƏTƏ TƏSLİM EDİLMƏSİ

 

Ölkədə xalqa aid silahların konkret və dəqiq mexanizmlərlə toplanması və dövlətə təslim edilməsi, təhlükəsizlik strukturlarındakı intizamsız faktorların ləğvi, ordu və hüquq-mühafizə qurumlarının müstəqillik və əzəmətini yenidən qazanması üçün qanunların yaradılması barədə maddələrin yer aldığı təklifdə, həmçinin silahlı qruplara aid bütün qərargahların qapadılaraq mədəniyyət, mülki, sosial və ya sosial qurumlara çevrilməsi, öz sistemini qəbul edərək təhlükəsizlik qüvvələrinin müstəqilliyini və suverenliyini qorumaq məqsədilə "Həşdi-Şabi"yə mənsub intizamsız dəstələrlə təhlükəsizlik qüvvələrinin inteqrasiyası işini əhatə edən məsələlərə toxunulub.

 

ŞƏFFAF MƏHKƏMƏ TƏLƏBİ

 

Təşəbbüs İŞİD-lə əməkdaşlıq edənlərin şəffaf şəkildə mühakimə olunması ilə yanaşı, Ədliyyə Nazirliyi başda olmaqla hökumətin günahsız məhbusların istintaq işini dəqiqliklə ələ alması, terrorçuların, korrupsiya edənlərin məzhəb ayrı-seçkiliyi olmadan mühakimə olunmalı olduğu vurğulanıb.

 

"ORTAQ MƏXRƏCDƏ BƏƏS PARTİYASI OLMASIN"

İraqda dağıntıya məruz qalmış ərazilərin təmir-bərpa və yenidənqurması üçün beynəlxalq bir fond yaradılmasına işarə edilən təklifdə, sadəcə azad edilən bölgələrlə məhdud qalmayacaq abadlıq işlərinin bu iş üçün müəyyən edilmiş qurumlar vasitəsilə hökumət nəzarətində həyata keçirilməsi çağırışına da yer verilib.

Siyasi quruculuğa dair məsələlərə toxunulan təklifdə, əhatəli bir milli dialoqun yalnız siyasi kursla məhdudlaşmaması, bütün din, məzhəb və azlıqları əhatə edən xalq və vətən uzlaşması olması ilə yanaşı, sözügedən razılaşmada ləğv edilmiş "Bəəs Partiyası" ilə terror tərəfdarlarının iştirak etməməli olduğu vurğulanıb.

 

BMT MÜŞAHİDƏSİNDƏ DİALOQ

 

Təklifdə İraq xalqının mənafeyini təmin edəcək həll üçün İraq Kürd Regional Rəhbərliyi ilə ciddi dialoq prosesinin başladılması tələb edilərək, bunun BMT müşahidəsində aparılmasına mane olmadığı qeyd edilib.

İŞİD-in qətliamlarına məruz qalan fəlakət bölgələrinə yardımların ordu birlikləri tərəfindən tez çatdırılması, pozuntuların, məzhəbçi və irqçi hücumları dəf etmək üçün hökumət və parlamentlə işləmək kimi azlıqlar və insan hüquqları ilə məşğul olan beynəlxalq bir orqanın yaradılması maddələrinə yer verilən təklifdə, Mosulun işğal edilməsi və "Spyker qətliamı"na dair istintaqın başa çatdırılması və nəticələrin ictimaiyyətlə paylaşılmalı lazım olduğu bildirilib.


Müqtəda Sədrin Mosulun azad edilməsindən sonrakı PROQRAMI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • "Nicat Turizm" şirkəti zəvvarlar üçün ziyarət səfəri təşkil edir.
     18.08.2017
    Yerli KİV: Əli Həsənov
    Nail Allahverdiyevin məhkəmə qərarından apelyasiya şikayəti verməməsi, baş nazirin müavininin nəvəsinin işini daha da ağırlaşdıra bilər
     18.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ