EURO 2,1335 NEFT 64,84
USD 1,7001 RUB 0,0302
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:05.08.2017 10:45:31

Səudiyyə Ərəbistanı səfərindən geri qayıdan Sədr ordu ilə bağlı açıqlamalar verib.

İslamazeri.com xəbər verir ki, İraqın "Sədr" hərəkatının rəhbəri Müqtəda Sədr İraqdakı şiə silahlı qüvvələrinin ləğv olunmasını tələb edib. Bu haqda İraqın "Sumariya" telekanalının rəsmi saytı məlumat dərc edib. Məlumata görə, Səudiyyə Ərəbistanı səfərindən sonra danışan Sədr, İraq baş naziri Heydər Əl-Abadidən "Həşdi Şabi" silahlı qüvvələrinin bundan sonra ordu daxilində xidmət etmələrinin vacibliyini vurğulayıb.
Sədr bildirib ki,  bütün silahlı qrupların sahib olduğu hərbi arsenallar onlardan alınmalıdır.

Qeyd edək ki, "Həşd Şabi" bir neçə ay öncə İraq Ordusunun nəzdinə keçib və Sədrin bu cür açıqlamaları sərt tənqidlərə tuş gəlib. Belə ki, Sədrin bir aralar Səud rejimini sərt tənqid etdiyi halda, indi bu cür daxili çaxnaşmaya səbəb ola biləcək açıqlamalar verməsi, Səud rejimindən gəlməsindən sonra vəhhabi krallıq qarşısında götürdüyü öhdəliklər kimi dəyərləndirilir.


Müqtəda Sədr: "Həşdi Şabini dağıdın"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ölkədə çaylardakı vəziyyət açıqlandı
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti son 10 gün üzrə çaylarda sululuq səviyyəsini açıqlayıb
     18.02.2018
    Qadınlar bunu təkrar etməsin; Pəncərəni silən
    "Alpinist" ev xanımı internetdə məşhurlaşıb. Rusiyada bir qadın eyvanın pəncərələrini silmək üçün həyatı ilə risk edib. O, heç bir sığorta olmadan 5-ci mərtəbənin eyvanının kənarına çıxıb.
     18.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ