EURO 1,8623 NEFT 51,48
USD 1,722 RUB 0,0302
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:27.02.2017 11:11:07

Müdafiə Nazirliyi məlumat yayıb

İslamazeri.az xəbər verir ki, Azərbaycan Müdafiə nazirlyi son döyüşlərdə şəhid olan hərbçilərimizin adlarını açıqlayıb.

Məlumatda deyilir: "Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun nəşlərinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12.00-da müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılırdı."

Düşmənin beynəlxalq razılığı yenə pozmasına işarə edən nazirliyin məlumatının davamında deyilir: "Lakin meyitlərin çıxarılması proseduru başlayanda Ermənistan beynəlxalq vasitəçilərin iştirakı ilə əvvəlcədən əldə edilmiş razılığın şərtlərini pozaraq əməliyyatın keçirilməsinə mane olmaq məqsədilə bilərəkdən qəbuledilməz yeni tələblər irəli sürüb.
Eyni zamanda, cəbhənin digər istiqamətlərində düşmən tərəfi mövqelərimizi müxtəlif çaplı silahlardan, artilleriya qurğularından atəşə tutub və bir neçə istiqamətdə planlı surətdə diversiya həyata keçirməyə cəhd göstərib."


Müdafiə Nazirliyi şəhid hərbçilərimizin adlarını açıqladı - SİYAHI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • HƏMAS: Bütün yəhudilər yox, topraqlarımızı işğal edənlər bizim düşmənimizdir
    "Bizim əsas siyasətimiz işğalçı İsrail rejimiylə mübarizə aparmaqdır..."
     29.03.2017
    Homsda avtobus partladıldı: Ölən və yaralananlar var
    Suriyanın Homs şəhərində terror aktı baş verib.
     29.03.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ