EURO 1,8841 TRY 0,2955
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:15.05.2019 19:23:12

"Bizdən fərqli olaraq Ermənistan tərəfi heç vaxt belə bir addım atmır."

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən, mayın 20-dən 24-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin keçirilməsi həmişə olduğu kimi növbəti dəfə Ermənistan tərəfini qorxuya salıb”.

Bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı deyib.

 

Vaqif Dərgahlı

 

Onun sözlərinə görə, Ordumuzun planlı surətdə keçirdiyi təlimlər barədə Müdafiə Nazirliyi həmişə əvvəlcədən xəbər yaymaqla ictimaiyyəti və beynəlxalq qurumları məlumatlandırır: “Eyni zamanda təlimin mərhələləri barədə foto-video süjetlər nazirliyin rəsmi internet saytı vasitəsilə ictimaiyyətə təqdim olunur. Bizdən fərqli olaraq Ermənistan tərəfi heç vaxt belə bir addım atmır. Keçirdiyi dırnaq arası hərbi təlimlər barədə əvvəlcədən rəsmi məlumat vermir, yalnız “təlim” bitdikdən sonra əvvəllər çəkilmiş bir-iki döyüş texnikasının köhnə foto və videolarını yaymaqla kifayətlənir. Beynəlxalq qurumlar tərəfindən tanınmış sərhədlərimiz çərçivəsində təlimlər keçirməyimizdən təşvişə düşən rəsmi Yerevan guya bizim hansısa tələbləri pozmağımız barədə uydurma və gülünc bəyanatlarla çıxış etməkdən belə çəkinmir”.


Müdafiə Nazirliyi: “Ordumuzun genişmiqyaslı təlimləri Ermənistanı qorxuya salıb”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda avtobus sürücüsü sərnişinin burnunu sındırdı
    Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus sürücüsünün sərnişin döyməsi ilə bağlı araşdırma aparır
     05.12.2019
    Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb
    Üç saat yarımdan çox davam edən görüşdə tərəflər geniş müzakirələr aparıb.
     05.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ