EURO 2,0024 NEFT 63,38
USD 1,7 RUB 0,0287
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:11.04.2017 15:09:04

Türk şirkəti Mübariz İbrahimovdan film çəkir...

İslamazeri.com xəbər verir ki, Türkiyə və Azərbaycan rejissorların birgə əməyi sayəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı film hazırlanıb. Filmdə Mübariz İbrahimovun keçdiyi döyüş yolu əks olunub. Türkiyənin "İST Film” yapım şirkətinin maliyyə dəstəyi ilə çəkilən filmdə Azərbaycandan olan rejissor Samir Kərimoğlu, ssenarist Rəşad Süleymanoğlu da iştirak edəcək.

Mövzu ilə bağlı danışan rejissor Samir Kərəmoğlu sözügedən layihənin ötən ilin yay ayından başladığını bildirib:

"Bu layihə ilə bağlı ötən ilin yayından danışıqlar gedir. Biz öz növbəmizdə filmlə bağlı təkliflərimizi vermişik. Çəkilişlər Azərbaycanda və Türkiyədə paralel şəkildə aparılacaq. Təbii ki, hələlik konkret bir şey demək üçün tezdir. Çünki çəkilişlərə tam başlanılmayıb. Ancaq filmdə böyük bir komanda çalışacaq”.

Rejissor filmin kim tərəfindən maliyyələşməsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, hələlik bütün xərci Türkiyənin "İst Film” şirkəti üzərinə götürüb:

"Hazırda xərclərin qarşılanmasını bu şirkət həyata keçirir. Ancaq sonra nələr ola bilər, bunu demək üçün çətindir. Mən inanıram ki, Azərbaycan tərəfi də bu filmin çəkilməsi üçün maliyyə vəsaiti ayıracaq”.

S.Kərəmoğlu aktyor heyəti arasında hər iki ölkədən dəvət olunan aktyorların olacağını bildirib. Ancaq Mübariz obrazının kim tərəfindən canlandırılacağı məlum deyil.

Bəs Mədəniyyət və Turizm nazirliyi filmin çəkili üçün niyə maliyyə ayırmayıb? Hər il milyonlarca manat dövlət büdcəsindən yeni filmlərin çəkilməsi üçün nazirliyə ayrılsa da, "Mübariz” filminə heç bir dəstəyin olmaması sual doğurur. Sualımıza cavab tapmaq üçün nazirliyin mətbuat xidməti ilə əlaqə saxlasaq da, zənglərimiz cavabsız qaldı.

Qeyd edək ki, "İST Film” şirkəti "Mübariz” filminin qısa teaserini rəsmi "Youtube” kanalında yayımlayıb. Sözügedən tanıtım çarxı sosial şəbəkələrdə böyük marağa səbəb olub. / Azxeber


Mübariz İbrahimov haqqında film çəkilir - FOTO-VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İŞİD üzvü olan 6 min nəfər Afrikaya qayıda bilər
    İŞİD-in üzvü olan 30 min xarici vəndaşdan 6 mini Afrika ölkələrindəndir
     11.12.2017
    Ramil Usubovdan yeni təyinat
    Daxili işlər orqanlarında yeni təyinat olub.
     11.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ