EURO 1,8495 NEFT 51,73
USD 1,7025 RUB 0,0299
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:17.12.2016 13:50:31

Cəmiyyətdə bəzən məsumların mövlud günlərini bayram keçirməyə qarşı fikirlər səslənir.

Mövludların qeyd edilməsi sələfi-vəhabi təbliğatçıları tərəfindən qadağan edilib. Bu qadağa uzun müddətdir ki Səudiyyə Ərəbistanı və digər sələfi zehniyyətli rejimlər tərəfindən tətbiq edilir. Lakin bu fikrin Azərbaycanda da yayılması narahat edici haldı. Azərbaycanda da bu fikirlə çıxış edənlər var ki, məsumların mövludlarını bayram şəklində qeyd etmək bidətdir və keçirilməsi qəbuledilməzdir. İslamazeri.az məsələ ilə bağlı ilahiyyatçı, hədis təhqiqatı üzrə mütəxəssis Mirməhəmməd Bəşirin fikirlərini öyrənib.

İlahiyyatçı Mirməhəmməd Bəşir bu cür fikirlərin düşmənlər tərəfindən təqdim edildiyini önə çəkib: "Bu elə bir məsələdir ki, cahil və nadan insanlardan başqa heç kim bunu inkar etməz. Əvvəla hədislərdə bu gün üçün məxsusi əməllər var. Əgər məxsusi əməllər varsa, deməli bu günün qeyd edilməsi göstərişi var. Bu gün üçün oruc tutmaq, qüsl almaq, namaz qılmaq, sədəqə vermək, ziyarətnamə oxumaq varsa, yəni, bu o deməkdir ki, bu günü qeyd edin. Hansı şəkildə? O hər mədəniyyətin ürfünə bağlı məsələdir. Amma hər halda bu gün üçün müxtəlif əməllər göstərişi verilibsə, deməli bu günün qeyd olunması göstərişi verilibdir.

Digər tərəfdən Əhli-beytdən hədis nəql olunur ki, bizim şad günümüzdə şadlanmayan, qəmli günümüzdə qəmlənməyən bizdən deyil. Allah Təala Qurani-Kərimdə deyir ki, “və mən yuzəmi şəarallah.” Hacının minada apardığı qoyun İlahi atribut sayılırsa, aləmlərə rəhmət olaraq göndərilən peyğəmbər (s) İlahi atribut sayılmır? Bu günü digər günlərdən fərqləndirmək lazım deyil? Bu günü xatırlamaq lazım deyilmi? Belə əziz insanın anadan olduğu günü, vəfatı gününü xatırlamaq Allahı xatırlamaqdı. Bu günü qeyd etmək də Allahın dinini təbliğ etməkdi.

İlahi atributları yaşatmaq lazımdır. Necə ki, bir millətin yaşaması üçün atributlarının, bayrağının, onun müstəqillik gününün yaşaması lazımdır, eləcə də bu dinin yaşaması üçün o dini gətirənin, o dinin gəldiyi günün, bunların hamısı qeyd olunmalıdır. Seyidlərə, alimlərə, şəhidlərə dəyər vermək insanları düz yola çəkmək üçün bir vasitədir. Görürsüz ki, qeyri-dindarlar da bayramlar qeyd edirlər. Çünki bilirlər ki, bayramlar tarixə qayıdışdır. Bununla öz məqsədlərinə çatmağa səy göstərirlər. Bütün dünya müsəlmanları bu günü qeyd edir. Amma vəhhabilər bunun əleyhinədir. Çünki vəhhabilər İngiltərənin törəməsidir. Çünki ingilislər bilir ki, bu günün təkrar-təkrar qeyd edilməsi onun yaşaması deməkdir. Və istəyir bunun qarşısını alsın. Onlar İslam dininə xeyiri olan bütün işlərin qarşısını almağa çalışırlar.

Bu gün müstəhəb oruc tutmaq üçün ilin ən fəzilətli 4 günündən biridir. Hədisdə var ki, hər kəs Rəbiul-əvvəl ayının 17-si oruc olarsa, Allah Təala bir ilin orucunun savabını ona verər. Orucdan savayı qüsl almaq, sədəqə vermək, Həzrət Peyğəmbərin (s) uzaqdan və yaxından ziyarət etməyin savabı çoxdur."


Mövlud günlərini qeyd etmək kimləri narahat edir? - Münasibət

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ İŞİD komandirinin mal varlığını müsadirə etdi
    ABŞ Əbu Bəkr Bağdadinin müavinlərindən birinə qarşı sanksiya tətbiq edib.
     28.04.2017
    Tramp: Özümü barama kimi hiss edirəm
    Donald Tramp prezidentliyin bu qədər çətin olduğuna inanmadığını bildirib.
     28.04.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ