1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:22.04.2020 15:48:08

HƏMAS-ın Livandakı təmsilçisi Əhməd Abdulhadi bu barədə açıqlama verib

İslamazeri.com "Rasthaber Azərbaycan"a istinadən xəbər verir ki, Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın Livandakı təmsilçisi Əhməd Abdulhadi Fələstin düşmənlərinin Livandakı fələstinlilərin düşərgələrinə narkotik maddələr keçirməyə çalışdığını bildirib.

Livan paytaxtı Beyrutdakı Burc al-Baracina qaçqın düşərgəsində fəaliyyət göstərən qeyri hökümət təşkilatları, fələstinli qrupların təmsilçiləri və düşərgə sakinlərinə İslami təlim keçən alimlərlə bir araya gələrək Həmas təmsilçisi Abdulhadi “Keçən günlərdə düşərgədə narko tacirlərin həbs olunması bütün fələstinliləri sevindirdi. Bizim qənaətimizə görə, bu əməliyyat təxirəsalınmaz bir əməliyyat olmaqla yanaşı bu cür əməliyyat tədbirlərinin davam etməsi vacibdir.”, -deyə qeyd edib.

HƏMAS rəsmisi İsrailin Xarici Kəşfiyyat və Xüsusi əməliyyatlar servisi – Mossadı fələstinli düşərgə sakinlərinin çətin şərtlərdə həyatlarını yaşayarkən düşərgələrə narkotik maddələr keçirdiklərinə görə ittiham edib.

İsrailin düşərgələrə narkotik maddələr keçirməyə çalışması yalan və mənbəsiz olmadığını qeyd edək Abdulhadi, düşərgələrə keçirilən narkotiklərin miqdarına və çox ucuz satıldığına və Mossadın bu mövzuda qaranlıq tarixinə baxıldıqda, işğalçı İsrailin düşərgələri narkotiklə boğmaq istədiyilə bağlı ən kiçik bir şübhə və tərəddüd qalmadığı açıqlamasını verib. 

HƏMAS-ın Livandakı təmsilçisi Əhməd Abdulhadi, İsrailin fələstinlilər arasında narkotika zəhərini yaymasının səbəbinin fələstinlilərin diqqətini dağıtmaq və işğala qarşı göstərdikləri müqavimət ruhunu yox etmək olduğunu əlavə edib. 

Bu arada Qəzza Polisinin sözcüsü Əyman əl-Batnici bir müddət əvvəl açıqlamasında, İsrailin Qəzzaya çox sayda narkotik maddə keçirməkdə ittiham edərək, həbs olunan narko tacirlərin istintaqı zamanı Qəzzadakı narkotikanın birinci əlinin İsrail olduğunu etiraf etdiklərini bildirib.

Polis rəsmisi, çox miqdarda narkotik maddənin Qəzzaya pulsuz girdiyini və bunun son dərəcədə qəribə olduğunu qeyd etmişdi.

Livanın Daxili Təhlükəsizlik gücləri ölkə tarixinin ən böyük narkotikaya qarşı  əməliyyat keçirdiklərini bildirərək, 25 ton narkotik maddənin ələ keçirildiyini önə çəkmişdi.


Mossad Fələstin düşərgələrində narkotik maddələr yayır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • DİN AXCP fəalı ilə bağlı açıqlama yaydı
    Mayın 29-da Qaradağ Rayon Məhkəməsi AXCP fəalı Ruslan Əmirovu 15 günlük inzibati həbs cəzasına məhkum edib.
     30.05.2020
    Washingtonpost: Trampın sanksiyaları uğursuzdur; İran və Venesuela bunu isbat etdi...
    ABŞ mediası Venesuela sahillərinə İran neft tankerlərinin gəlməsini təqdir edən məqalə hazırlayıb.
     30.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ