1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:04.10.2017 18:16:27

Alimlər telefonlarımıza daxil olan bildirişlərlə bağlı araşdırma aparıblar.

İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, mobil telefonlara daxil olan bildirişlərin 30 faizindən çoxu istafadəçilərin kefini pisləşdirir. Nottinqem Universitetinin alimləri müvafiq təcrübənin keçirilməsi üçün 50 nəfəri cəlb ediblər. 5 həftə boyunca xüsusi proqram vasitəsilə könüllülərin smartfonlarına bildirişlər göndərilib. Məlum olub ki, bu göndərişlərin təxminən 3-də 1-i insanlarda qəm-qüssə, düşmənçilik, əsəbilik, qorxu və utanc hissinə səbəb olub.

Üstəlik, həmin insanlarda ən çox mənfi emosiyalara isə sistemlə əlaqəli neytral - smartfona yenilənmənin gəlməsi və ya mövcud Wi-Fi xətlərinin olması kimi mesajlar səbəb olub. Araşdırmaçıların sözlərinə görə,  bu cür bildirişlər hər zaman insanların fikrinin yayınması səbəb olaraq, onların fəaliyyətində öz mənfi təsiri qoyur. Yaxın insanlardan daxil olan bildirişlər isə, əksinə, insanları daha xoşbəxt edir.

Araşdırmanın bu istiqamətdə davam etdirilməsi planlaşdırılır. Alimlərin fikrincə, gələcəkdə müəyyən bildirişlərin məzmununun analizi sayəsində insanların rəftarı haqda öncədən xəbər vermək mümkün olacaq.


Mobil bildirişlər insanların kefinə “soğan doğrayır” - ARAŞDIRMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Suriyalı kürdlər Mənbiçdən tamamilə çıxdı
    Suriyalı kürdlərin silahlı təşkilatı YPG qüvvələrinin bazar günü Mənbiç şəhərindən tamamilə çəkildiklərini bildirib.
     17.07.2018
    Tənha səyahət edən qadın və ya kişilər müsəlman ölkələrini seçirlər - ARAŞDIRMA
    Təkbaşına səyahət edən turistlərin seçdiyi ölkələrlə bağlı araşdırma aparılıb.
     17.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ