EURO 1,9783 NEFT 48,06
USD 1,7012 RUB 0,0289
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:07.07.2017 16:18:58

Nazirlik rəsmi məlumat yayıb.

Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən əldə olunan dəqiq məlumata əsasən, Ermənistan hərbi birləşmələri növbəti dəfə təxribat törətmək məqsədilə döyüşə hazırlıq vəziyyətinə gətirilib. İslamazeri.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Ermənistan tərəfindən məqsədyönlü şəkildə yenidən planlaşdırılan təxribatın qarşısının və Alxanlı kəndində həlak olan dinc sakinlərin qisasının alınması üçün iyulun 7-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə, xüsusilə də taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə dəqiq atəş zərbələri vurub" - məlumatda deyilir.

Xəbərdə qeyd edilir ki, cəbhənin Füzuli-Xocavənd istiqamətindəki qoşunlarımızın həyata keçirdiyi bu fəaliyyət nəticəsində, ilkin məlumata görə, düşmənin tabor mərkəzinə daxil olan bölmələrin xeyli canlı qüvvəsi məhv edilib, bir neçə döyüş texnikası tamamilə sıradan çıxarılıb və digər hərbi infrastruktur obyektləri dağıdılaraq bərpa olunmaz vəziyyətə salınıb.

"Dinc əhaliyə və şəxsi heyətə qarşı düşmənin istənilən fəaliyyətinin qarşısını dərhal almaq və onun atəş nöqtələrinə cavab zərbələri endirmək məqsədilə qoşun növləri və qismləri döyüş tətbiqi üçün hazır vəziyyətə gətirilib" - nazirlikdən bildirilib.

Hazırda bütün cəbhə boyu əməliyyat şəraitinin Silahlı Qüvvələrimizin tam nəzarəti altında olduğu qeyd olunur.


MN: Ermənistanın döyüşə hazırlıq vəziyyətində olan qüvvələrinə atəş zərbələri vurulub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bu sözləri Tehranın bu həftəki cümə xətibi Ayətullah Seyid Əhməd Xatəmi deyib
     23.07.2017
    Suriya - Livan sərhəddində anti-terror əməliyyatları davam edir - VİDEO
    Suriya-Livan sərhəddində yerləşən Qələmun və Ərsal şəhərlərinin terrorçulardan təmizlənmə əməliyyatı davam edir
     23.07.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ