EURO 1,8856 TRY 0,3045
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:24.03.2019 17:50:04

Bu gün Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının (VMHP) qurultayı keçirilib.

Bu gün Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının (VMHP) qurultayı keçirilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, qurultayda VMHP-yə yeni sədr seçkiləri keçirilib.

Qriqol Vaşadze səs çoxluğu ilə partiyanın sədri seçilib. O, partiya sədrliyinə yeganə namizəd olub.

Qurultayda səsvermə elektron qaydada keçirilib. İştirakçılar xüsusi mobil applikasiya vasitəsilə səs veriblər.

Q.Vaşadzenin namizədliyinin lehinə 364 nümayəndə, əleyhinə 1 nəfər səs verib, digər 1 nəfər isə səsvermədə iştirakdan imtina edib.

M.Saakaşvili partiyanın qurultayına canlı video bağlantı ilə qatılıb. O, VMHP-nin böyük ideyalar təşkilatı olduğunu bildirib: "Biz ilk öncə xalqın partiyasıyıq. Bütün insanlar partiya və ölkənin rəhbərliyində iştirak etməlidirlər".

Qeyd edək ki, bu günə qədər VMHP-nin sədri vəzifəsini Nika Melia icra edib.

Q.Vaşadze 2008-2012-ci illərdə Gürcüstanın xarici işlər naziri olub.


Mixeil Saakaşvilinin partiyasına yeni sədr seçilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda 38 yaşlı kişini küçədə bıçaqladılar
    Bakıda küçədə bıçaqlanma hadisəsi baş verib.
     19.08.2019
    Daha bir rayona yeni polis rəisi təyin edilib
    Zəngilan Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunub.
     19.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ