EURO 2,007 NEFT 62,72
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:18.10.2017 14:54:13

Rəhbərliyə də demişəm...

Dünən Akademik Milli Dram Teatrında oynanılan “Almaz” tamaşasında Əməkdar artist, aktyor Ayşad Məmmədovun yerinə tamaşaya başqa aktyor çıxarılıb.

Ayşad Məmmədov Kulis.az-a açıqlamasında bildirib ki, oktyabrın 17-də “Almaz”da Ocaqqulunu oynamalı ikən, truppa müdiri zəng edib, onun yerinə Ramin Şıxəliyevin səhnəyə çıxacağını deyib: “Mən işdən azad olunmağım haqda ərizə yazmışam, amma bunu istəmədən yazmışam. Rəhbərliyə də demişəm. Onlar da nəzərə alacaqlarını deyiblər. Amma hər hansı bir əmr olmadan rollarımı bölüşdürüblər. “Qətibə İnanc”da məşq etdiyim Sultan Toğrul rolunu da başqa aktyora - Kazım Abdullayevə veriblər. Mən öz işini də, dövlətini də sevən adamam və dövlətə qarşı hansısa çıxış etməmişəm”.

Aktyorun mitinqdə iştirakına görə işdən çıxarıldığı iddia edilir.

Dünən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mətbuata açıqlamasında bu məsələdən danışmışdı: “Əfsuslar olsun ki, dövlət mükafatlarını almış bəzi insanlar bu yaxınlarda gedib dövlət əleyhinə çıxışlar zamanı öz səslərini ucaldıblar. Bu, heç bir mədəniyyət işçisinin daxili dünyasının zənginliyinə uyğun deyil. Əgər dövlət bizim əməyimizi qiymətləndirirsə, biz də onu qiymətləndirməliyik. Axırıncı baş verənlər olduqca təəssüfləndirici haldır”.

Xatırladaq ki, bir müddət öncə yerli mediada Milli Şuranın mitinqinə qatıldığına görə aktyorun işdən  çıxarılması ilə bağlı məlumatlar yayılmışdı.


Mitinqə görə işdən çıxarılan aktyor: Ərizəni istəmədən yazmışam

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İŞİD Raqqanı tərk etməzdən əvvəl şəhərdə hər bir tikilini minalayıb
    İŞİD terror qruplaşmasının silahlıları Suriyanın Raqqa şəhərini tərk etməzdən əvvəl onun ərazisindəki hər bir tikilini minalayıblar.
     19.11.2017
    Sabirabadda iki avtomobil toqquşub: Yaralanan var
    Sabirabadda 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
     19.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ