EURO 1,9876 NEFT 78,69
USD 1,7 RUB 0,0249
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR

Kateqoriya : XƏBƏRLƏR

Yayınlanma tarixi:16.04.2018 12:23:45

O qeyd edib ki, müəyyən səbəblərdən bu barədə öncə danışa bilməyib

“Fatiməni tapın! Fatiməni azad edin!” bu adla bir müddət əvvəl mitinqlərdə fəallığı ilə seçilən Fatimə Mövlamlı üçün kampaniya başladılmışdı. Deyilirdi ki, o bir neçə gündür yoxa çıxıb. Bundan sonra  Fatimə Mövlamlı, sosial şəbəkə vasitəsilə video  paylaşaraq  son 4-5 gündə şəxsi həyatında problemlər olduğundan telefonunu söndürüb və rəfiqəsi ilə birgə qaldığını bildirmişdi.

Lakin aprel ayının 14-ü o harada olduğunu açıqlayıb.

İslamazeri.com "TURAN"a istinadən xəbər verir ki, vətəndaş fəalı Fatimə Mövlanlı aprelin 14-də gecə Facebook-da bəyanatla çıxış edib və əvvəlki açıqlamasını təkzib edib. O bildirib ki, martın 31-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) aparılıb və 5 gün orada saxlanılıb.

O qeyd edib ki, müəyyən səbəblərdən bu barədə öncə danışa bilməyib.

F.Mövlanlı deyib ki, "Diktatoru tanıyın!" aksiyasında iştiraka görə saxlanılıb. BMCMİ-də saxlanıldığı müddətdə ondan bəzi şəxslərin əleyhinə ifadə verməsini tələb ediblər, ancaq o, bunu etməyib. O, müdafiə olunmasına və azadlığa çıxmasına imkan verən ictimai dəstəyə görə təşəkkürünü bildirib.

F.Mövlanlı bildirib ki, həbs təhlükəsinə baxmayaraq, öz mübarizəsini davam etdirəcək.


Mitinqdən sonra itdiyi deyilən 17 yaşlı qız 5 gün harada olduğunu yenidən açıqladı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Fransada kilsəni otel edəcəklər
    Fransada kilsə satışa çıxarıldı.
     18.09.2018
    Bu gün açılan Ələt-Astara yolu hələ ki, pulsuz olacaq
    Xəbər verdiyimiz kimi, bu gün Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun açılışı olub.
     18.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ