EURO 1,8859 TRY 0,2965
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:09.05.2019 11:37:21

Misirli jurnalist-tədqiqatçı, “Asiaelyoum” İnformasiya Agentliyinin rəhbəri Əbu Bəkr Əbu Məcd Agentlikdə, həmçinin Misirin “Al-Masriya” və “Əl-Omah” saytlarında “Şuşanın işğalından 27 il ötür” başlıqlı məqaləsini yayıb.

Misirli jurnalist-tədqiqatçı, “Asiaelyoum” İnformasiya Agentliyinin rəhbəri Əbu Bəkr Əbu Məcd Agentlikdə, həmçinin Misirin “Al-Masriya” və “Əl-Omah” saytlarında “Şuşanın işğalından 27 il ötür” başlıqlı məqaləsini yayıb.

Ordu.az xəbər verir ki, məqalədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından (1992-ci il mayın 8-də) 27 il ötdüyünü qeyd edilib, Şuşanın Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biri olduğu, təbii gözəllikləri ilə seçilən bu şəhərin milli memarlığın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi sayıldığı vurğulanıb.

Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə çox sayda azərbaycanlının şəhid olduğunu və yüzlərlə insanın yaralandığını, bir çoxunun əsir və girov götürüldüyünü qeyd edən misirli jurnalist ermənilərin Şuşanı işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan etdiklərini, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıtdıqlarını, məbədgah və məscidləri təhqirlərə məruz qoyduqlarını, çox sayda nadir əlyazma nümunələrini məhv etdiklərini, təhsil və səhiyyə ocaqlarını xarabazara döndərdiklərini xüsusi olaraq diqqətə çatdırır

Məqaləsinin sonunda jurnalist işğalçı Ermənistan Respublikasının BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələrini hələ də yerinə yetirmədiyini, tutduğu qeyri-konstruktiv mövqe səbəbi ilə Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarının indiyədək heç bir nəticə vermədiyini bildirir.


Misir mətbuatında Şuşanın işgalının 27-ci ildönümünə həsr edilən məqalə dərc olunub - FOTOLAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keçmiş KQB zabiti prezidentin müşaviri oldu, ictimaiyyət təsadüfən bildi...
    Gürcüstan prezidenti Salome Zurabişvili SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) keçmiş zabiti Dmitri Lejavanı özünün müdafiə və təhlükəsizlik üzrə müşaviri təyin edib.
     21.08.2019
    "Facebook" sosial şəbəkəsi yeni funksiyanı işə salır.
     21.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ