1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:10.02.2020 13:22:22

Cümə namazından sonra məscidə cəm olan sakinlərlə görüş keçrilib

İslamazeri.com xəbər verir ki, EMC (İnsan Haqları Araşdırma və Monitorinq Mərkəzi)-nin və Həmrəylik Platformasının təşkilatçılığı ilə, 07-02-2020-ci il tarixlərdə Acara müsəlmanlar tərəfindən tikilmək istənən "Batumi Yeni Cami"si (Məscid) -nə səfər təşkil edilib.

Məlumata görə, Cümə namazından sonra məscidə cəm olan sakinlərlə görüş keçrilib. Gürcü Müsəlmanlar İttifaqının rəhbəri Tariel Nakaidze qonaqlara xoş gəldin dedikdən sonra, öz mübarizə tarixlərinə işarə edərək  məscidin bu günə kimi tikilməsinə icazənin verilməməsindən danışıb.

Ümumi Gürcüstan Müsəlmanları Ali Dinu İdarəsinin sədri və şeyxi Seyid Mirtağı Əsədov dəstək səfərində iştirak edib.

 O çıxışı zamanı məscid dindarlarına dəstəyini bildirərək deyib: "Qardaşlarnızın salamını gətirmişəm, biz sizinləyik, sizlərin problemi bizim problemdi , özünüzü tək hiss etməyin hər zaman sizlərin yanındayıq və əlmizdən gələni edəcəyik ki, bu problem tezliklə öz həllini tapsın".

Əsədov həmçinin bildirib ki,  siyasi iradənin olmaması bu kimi çətinliklər yaradır: " Allahın izni ilə tezliklə bu məscidun təməlini biz sizinlə bərabər atarıq".

Sonra digər qonaqlar da növbə ilə öz fikirlərini bildiriblər.

İslamazeri.com-a münasibət bildirən Seyid Mirtağı Əsədov "Hənəfi müsəlmanlar Batumidə məscid tikmək istəyirlər. Rəsmi məscid statusu ilə məscid məsələsi artıq məhkəmədədir. Lakin hökümət, kilsə və başqa qurumlar buna imkan vermirlər. Gürcüstanda rəsmi məscid statusunda iki üç məscid istisna  məscid yoxdur, ev kimi tikilib və ya ev kimi alıb sonradan məscid edirlər. Hökümət 49 illik icarəyə verir. Məhkəmə işıq yandırsa da, digər qurumlar izin vermir. Bu cür problemlər bizim bölgədə də var, ona görə biz də Batumidəki qardaşlarımıza dəstək vermək üçün ora getdik", -deyə bildirib.


Mirtağı Əsədov: Gürcüstanda rəsmi statusda yeni məscid yoxdur, Batumidəki məscidin inşasına ona görə icazə verilmir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyədə 786 nəfər koronavirusdan sağalıb
    Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 501-ə çatıb
     05.04.2020
    DSX: Düşmən təxribatı cavab atəşilə susduruldu
    Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən təx­ribatları davam edir.
     05.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ