EURO 1,8816 TRY 0,2946
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:27.06.2019 12:31:17

İspaniyanın İbiza adasında 22 yaşlı azərbaycanlı turist öz dostu ilə dəniz sahilində gedərkən qarət edilib

 İspaniyanın İbiza adasında 22 yaşlı azərbaycanlı turist öz dostu ilə dəniz sahilində gedərkən qarət edilib. Britaniyanın "Mirror" nəşrinin məlumatına görə, oğru turistin biləyindən 1,2 mln. avro (1,5 mln. dollar) dəyərində saatı oğurlayıb.

Qarətə məruz qalan şəxsin adı açıqlanmır. Saata gəlincə, dünyada ən bahalı modellərdən biridir.

Polisin məlumatına görə, oğru saatı açmaq üçün öz qurbanını bit neçə dəfə itələyib. Bu saatdan dünyada cəmi 75 ədəddir. Richard Mille (RM) 50-03 McLaren F1 saatının çəkisi 40 qramdır. Turist əlindən yaralanıb.

Saat McLaren F1 avtomobilinin xarici görünüşünə uyğun dizayn edilib (korpus daxilindəki mexanizm dəqiqədə bir dövr sürətlə fırlanır ki, bu da qravitasiya effektini heçə endirir).

Sosial şəbəkələrdə qarət qurbanının kim olması barədə mülahizələr irəli sürülür. Bəzi məlumatlara görə, yol tikintisi sahəsində məmurlardan birinin oğludur.

İbiza adası seks-turizm üçün ən populyar yer sayılır.(Turan)


Mirror: İbiza adasında azərbaycanlı turistin milyonluq saatı oğurlanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzindən siyasi və dini liderlərə müraciət
    Qafqaz Müsəlmanları İdarəsi nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb.
     23.08.2019
    QMİ sədri Çeçenistana gedib
    Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir
     23.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ