EURO 1,9202 TRY 0,2949
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ

Kateqoriya : MÜSAHİBƏ

Yayınlanma tarixi:10.02.2019 02:17:05

Vüsal Hüseynovun ona verilən bir neçə maraqlı suala cavabı

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov “Facebook”da canlı yayımla gördüyü işlər barədə hesabat verərək vətəndaşların suallarını cavablandırıb. DMX rəisi bir saatdan çox sosial şəbəkə istifadəçilərilə canlı ünsiyyətdə olub, ona ünvanlanan müxtəlif suallara cavab verib.
 
Azvision.az Vüsal Hüseynovun ona verilən bir neçə maraqlı suala cavabını təqdim edir:
 
- Dövlət Miqrasiya Xidmətində işə necə düzəlmək olar, əsas şərtlər nədən ibarətdir? 


- Dövlət Miqrasiya Xidmətinə qəbul müsabiqə əsasında həyata keçirilir. Son 7 ayda 2 müsabiqə elan etmişik. Birinci müsabiqə elanı kiçik xüsusi rütbəli heyət üçün olub. 2018-ci ilin iyul ayında elan vermişdik. Həmin müsabiqə yekunlaşıb və seçilən şəxslər xidmətdə fəaliyyətə başlayıblar. Növbəti elanımız 2018-ci ilin oktyabr ayında olub. Bu müsabiqə ilə bağlı 435 şəxs müraciət etmişdi. Qəbul iki hissədən ibarətdir. Birinci mərhələ test imtahanı və Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. İkinci mərhələ isə müsahibədir. Birinci mərhələni 117 nəfər uğurla keçib. 

Qeyd etmək istərdim ki, şəxs hüquq-mühafizə orqanında işləyirsə, dövlət qulluğunda ixtisas dərəcəsi mövcuddursa və hüquq sahəsində elmi nəticələri varsa, belə şəxslər müsabiqənin birinci mərhələsindən kənar ikinci mərhələyə buraxıla bilirlər. Bu statusda olan 36 nəfər müsabiqənin ikinci mərhələsində iştirak edib. Müsabiqədən keçənlərin bir çoxu müsahibə mərhələsinə çağrılıb. Proses bu ay ərzində yekunlaşacaq. 

- Vətəndaşlıqdan çıxmanın proseduru necədir? 

- Şəxs ölkə daxilindədirsə, müvafiq anket və ərizə ilə Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir. Əgər ölkədən xaricdədirsə, konsulluq idarələrinə müraciət etməlidir, burada müvafiq sənədlərin siyahısı var ki, onları təqdim etdikdən sonra Dövlət Miqrasiya Xidmətitərəfindən məsələ araşdırılır. Əgər şəxsin ölkə daxilində heç bir öhdəliyi yoxdursa (alimentlə, hər hansı bir kreditlə, hərbi xidmətlə bağlı öhdəlik), vətəndaşlıqdan çıxma ilə bağlı müraciəti vətəndaşlıq məsələləri üzrə komissiyaya ünvanlandırılır və komissiya tərəfindən müvafiq qərar qəbul edilir. 

- Ölkəmizdə ikili vətəndaşlıq mümkündürmü? 

- Şəxs mənsub olduğu ölkənin vətəndaşlığından çıxdıqdan sonra Azərbaycan vətəndaşlığını əldə edə bilər. Komissiyada qərar verən zaman müvafiq arayışın olmasını nəzərdə saxlayır. 

- Vətəndaşlıqdan çıxıb, yenidən vətəndaşlıq almaq olarmı? 

- Bəli, təcrübədə belə hallar baş verə bilir. Şəxs Azərbaycan vətəndaşlığından çıxır, bir müddət sonra Azərbaycan vətəndaşlığına bərpa üçün müraciət edə bilər. 

- Başqa ölkənin vətəndaşlığını qəbul edən və bu məlumatı gizlədən şəxslər məsuliyyətə cəlb olunurmu? 

- 2014-cü ildə bizim qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, digər bir ölkənin vətəndaşlığını qəbul edən şəxs 1 ay müddətində ölkə daxilindədisə, Dövlət Miqrasiya Xidmətinə, ölkə xaricindədisə, Xarici İşlər Nazirliyinin konsulluq idarələri, səfirliklər vasitəsilə bu məlumatı bildirməlidir. Məlumat verməyən şəxslər üçün qanunvericilikdə müəyyən məsuliyyət tədbirləri nəzərdə tutulub. Dövlət Miqrasiya Xidməti bu məsuliyyət tədbirlərini tətbiq edən orqan deyil. Biz sadəcə belə məlumatlar olduqca aidiyyatı üzrə digər hüquq-mühafizə orqanlarına göndəririk. 

- Xaricdən qayıdış şəhadətnaməsi ilə Azərbaycana gələn şəxslərin vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi hansı zərurətdən yaranır? 

- Qayıdış şəhadətnaməsi xaricdə olan şəxsə o zaman lazım olur ki, həmin şəxs xaricdə olanda onun şəxsiyyətini təsdiq edən etibarlı sənədlər üzərində olmur. Nümunə üçün bildirim ki, əgər şəxs xaricdə səfərdədisə və o ümumvətəndaş pasportunu itiribsə, ölkəyə geri qayıtması üçün qayıdış şəhadətnaməsi almalıdır. Bu şəhadətnaməni alanda həmin şəxsin Azərbaycan vətəndaşlığına mənsub olduğunu müəyyənləşdirmək təbii haldır. Bunun əsasında şəxsin ölkəyə daxil olması üçün sənəd verilir. Zərurət bununla bağldıır. Belə müraciətlər olduqda qısa müddətdə cavablandırırıq. 

- Daşınmaz əmlak əsasında ölkədə yaşayan şəxsin daimi yaşamaq üçün müraciət etməsi proseduru necədir? 

- Şəxsin ölkəmizdə 100 min manat məbləğində müvafiq bankda vəsaiti varsa və yaxud bu məbləğdə əmlakı mövcuddursa, şəxs bu zaman ölkəmizdə müvəqqəti yaşamaq üçün icazə ala bilər. Daşınmaz əmlak əsasında ölkədə yaşayan şəxs daimi yaşamaq üçün müraciət edə bilər. 5 illik icazə də ala bilər. Şəxsin əmlakının 100 min manat olub-olmaması əmlak qiymətləndirici şirkətlərin verdiyi rəy əsasında müəyyənləşdirilir. 

- Xarici ölkə vətəndaşı Azərbaycan vətəndaşı ilə evlənərsə, Azərbaycan vətəndaşlığı ala bilərmi? 

- Bəli, ala bilər. Çünki xarici ölkə vətəndaşı Azərbaycan vətəndaşı ilə evləndikdə onun ölkəmizdə yaşaması üçün əsaslar yaranır. Yəni bu şəxslərin həyat yoldaşı statusu imkan verir ki, iş icazəsi almadan yaşasınlar. Amma, bu halda da müddətlər gözlənilməlidir. Yəni 2-5 il tələbi bu şəxslərə də şamil olunur. 

- Xarici ölkə vətəndaşı iş icazəsi almadan Azərbaycanda işləyə bilərmi? 

- Bəli, bir çox hallar var ki, onlar əsasən işləyə bilər - məsələn, şəxs əgər Azərbaycan vətəndaşının həyat yoldaşıdırsa. Bundan başqa, daimi yaşama icazəsi varsa, o halda da iş icazəsi tələb olunmur. Yəni 5 illik icazə əsasında yaşayan şəxslər istədikləri yerdə işləyə bilərlər. Amma sənədləri icrada olduqları müddətdə işləyə bilməzlər. 

- Bu il Azərbaycanda xarici vətəndaşların işləməsi üçün kvota nə qədər müəyyənləşdirilib? 

- Dünyada daxili əmək bazarının müdafiəsi və onu ucuz işçi qüvvəsinin təsirindən qorumaq üçün kvotalar tətbiq edilir. Builki kvota ilkin olaraq 6820 müəyyən edilib. Lakin il ərzində bu rəqəmə çatarsaq, komissiya məsələyə təkrar baxa bilər. Ona görə, özəl sektor nümayəndələri kvota məhdudiyyətini düşünərək, öz fəaliyyətlərini, müəyyən layihələri daraltmaq barədə qətiyyən düşünməsinlər. 


Miqrasiya Xidmətinin rəisi canlı yayımda nələrdən danışıb? - Ən maraqlı məqamlar (VİDEO)

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Prezident qanunu pozan məhkəmə hakiminin səlahiyyətlərinə xitam verdi
    Prezident İlham Əliyev Sumqayıt Şəhər Məhkəməsinin hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verdi
     18.04.2019
    Mübariz Mənsimovdan onun haqda sifarişli yazı yazanlara və yazdıranlara SƏRT SÖZLƏR
    İslamazeri.com saytının "Sosial Şəbəkə" rubrikası xəbər verir ki, bu haqda sosial şəbəkə profilindən tanınmış iş adamı Mübariz Mənsimov özü status paylaşıb, bunu bəzi saytlar xəbər kimi yayıblar...
     18.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ