EURO 1,9983 NEFT 64,06
USD 1,7001 RUB 0,0287
  1. http://www.islamazeri.com/
  2. İNFO

Kateqoriya : İNFO

Yayınlanma tarixi:15.05.2017 15:42:06

Hind kahin: "Tanrının nemətlərindən faydalanmaq üçün gələn izdiham yalnız tamaşaçı olmur, ilahi rəqslərlə ritualın bir parçasına çevrilir."

Cənubi Hindistanın Malabar Sahilində Kerala əyaləti. Burada çalınan barabanların mənşəyi min il əvvəllərə söykənir.

Minlərlə illik ənənələrin ibadət şəkli, hətta bəzilərinə görə mənşəyi neolit əsrlərə dayandığı iddia edilən Theyyam inancı burada hələ də yaşayır.

Şimali Kerala Malabar bölgəsində həyata keçirilən bu gərgin ritualların mənşəyi təbiətlə eyniləşdirilir. 400-dən çox qədim ritual çıxış tanrı və ilahələr, ruhlar, atalar, qəhrəmanlar, heyvanlar və ağacların sərgüzəştlərini təsvir edir. Açıq ərazilərdə həyata keçirilən, tamaşaçıların rəqqası əhatə etdiyi tədbirdə əhatəli bir təcrübə yaşanır.

Annooran Balan Nenikkem, Theyyam Rəqs Ustası:
"Hər bir cəmiyyətin özünəməxsus ritualları var. Böyük hazırlıqlardan sonra edilən rituallarda iştirak edən rəqqasların tanrılaşdığına inanılır. Bu həqiqətdir".

12 yaşından bəri Theyyam rituallarını həyata keçirdiyini bildirən Balan bilik və təcrübəsini nəvəsinə öyrətdiyini deyir.

Annooran Balan Nenikkem:
"Theyyamı öyrədəcək məktəblər yoxdur. Təlim ənənəvi üsullarla verilir. Ustadlar bir ritualı həyata keçirəndə digər tələbələr bunu görərək dərk edir. Yəni rituallar müşahidə və təkrarla öyrənilir".

Annooran Karthik, Balanın nəvəsi:
"Uşaq olanda atamla Theyyam tamaşalarını izləməyə gedirdim. O qədər çox seyr etdikdən sonra Theyyamdan xoşum gəlməyə başladı. Bir az böyüdükdən sonra rəqqasların hazırlanmasına yardım etməyə başladım. Sonra da şounun bir hissəsi olmaq istədim".

 

Krişnan ailəsi 300 ildən artıq bir müddətdir ki, hər il ailə mülklərində bu ritualı təşkil edir.

Krişnan, Məbəd Kahini:
"Böyük babam, babam və atam. Ailəmizin əcdadlarımızın evində üç nəsildir həyata keçirdiyi bir Theyyam ritualı ənənəsi var. İnsanlar dünyanın dörd tərəfindən gəlir. Onların xoşbəxtliyi bizim xoşbəxtliyimizdir. Məsələn, dualarının nəticəsində uşaq sahibi olsalar, bizə də dua edərlər. Tanrı onları əziz tutsun. Və onların xeyir-duaları da bizim olacaq".

Sənətçilər tamaşadan saatlarca əvvəldən palma yarpaqlarından geyimləri hazırlamağa başlayır. İstifadə edilən hər şey təbiətdən əldə edilir. Rəqs zamanı ənənəvi rollarından bənzərsiz bir şəkildə sıyrılan Theyyam sənətçiləri Hindu cəmiyyətinin alt kastalarından gəlir. Krişnan kimi üst kasta Brahman kahinləri onları Theyyam rituallarını yerinə yetirmələri üçün məbədə dəvət edir.

Krişnan:
"Onlar alt kastalara aiddirlər. Ancaq sənətçi Tanrını metafora halına gətirdiyi andan etibarən bizdən daha da yuxarı qalxır".

Qaranlıq itməyə, gün çıxmağa başlayanda izdihama bir sükut çökür. Sənətçi transa yüksələndə barabanlar ritmlərini artırır. Bir nöqtədə rəqqasın kişi kimi varlığını geriyə buraxdığı və tanrılaşdığına inanılır. Theyyam nümayişi 24 saat boyunca sürə bilər. Tanrının nemətlərindən faydalanmaq üçün gələn izdiham yalnız tamaşaçı olmur, ilahi rəqslərlə ritualın bir parçasına çevrilir.

 

"Euronews" / Tərcümə İslamazeri.com saytına məxsusdur.


Min illik hind inancı: Tanrılaşdığına inanılan Theyyam rəqqasları

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Xaricdə əyani təhsil alan tələbələr Azərbaycanın təhsil müəssisələrinə belə köçürüləcəklər
    Ölkə daxilində bakalavriat və magistratura səviyyəsində köçürülmə zamanı tələbənin qəbul imtahanında topladığı bal əsas götürüləcək
     13.12.2017
    Türkiyənin müxtəlif şəhərlərində geniş ANTİ-FETÖ əməliyyatı
    Fətullah Gülənin terror qruplaşması ilə əlaqədə şübhəli bilinən şəxslərə qarşı növbəti əməliyyat keçirilib
     13.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ