EURO 2,0116 NEFT 62,83
USD 1,7001 RUB 0,029
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:10.06.2017 10:56:42

"Cavab matçında bacarığımızı ortaya qoyacağıq."

"Milli bir aya yaxın təlim-məşq toplanışında oldu. Əvvəlcə Bakıda olduq, sonra Avstriyaya getdik. Bizə bu cür şərait yaratdıqları üçün çox sağ olsunlar. Çox yaxşı hazırlıq keçdik. Şimali İrlandiyaya Belfastda 0:4 hesablı məğlubiyyəti unutmamışam. Cavab matçında bacarığımızı ortaya qoyacağıq. Məqsədimiz sabah lazımi nəticə əldə edib, azarkeşləri sevindirməkdir".

İslamazeri.com Report-a istinadən verdiyi məlumata görə, bunu futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup matçında Şimali İrlandiya yığmasını qəbul edəcək Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki oyundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis hazırlıq dönəmində yoxlama oyunu keçirməmələrinə də toxunub:

“Sözsüz ki, yoxlama oyunu keçirsəydik, daha yaxşı olardı. Lakin təəssüf ki, rəqib tapa bilmədik. Buna rəğmən, yaxşı hazırlıq keçdik. Komandama inanıram. Əminəm ki, bacarıqlarını göstərəcəklər və nəticə bizim üçün ürəkaçan olacaq”.

- Ola bilər ki, rəqibə bir yox, bir neçə sürpriz hazırlamısınız?

- Yəqin ki, rəqibin baş məşqçisi bizim oyunumuzu izləyib. Sürprizlərin nədən ibarət olacağını açıqlaya bilmərəm. Futbolçular tapşırıqlarımı düzgün yerinə yetirsələr, nəticə də yaxşı olacaq.

- Bəzi futbolçular klubda yaxşı oynadıqları halda, millidə özlərini doğrultmurlar. Riçard Almeyda ilə bağlı belə bir problem yaşanmayacaq ki?

- Belə bir təminat verə bilmərəm. Sabah Almeydanın ilk oyunudur. O, peşəkar futbolçudur və 6 ildir Azərbaycanda olduğu üçün futbolçuların çoxunu tanıyır. Lakin onun özünü doğruldacağına 100 faiz təminat verə bilmərəm.

- Nəticə bizi qane etməsə, oyunun gedişində iki hücumçu ilə oynamağımız mümkündür?

- İki hücumçunu meydana çıxarmaq daha çox hücumda oynamaq demək deyil. Start heyətində yer alan futbolçular buna layiqdirlər. Matçın gedişi barədə qərarlar qəbul edəcəyəm, lakin bu barədə sizə məlumat verə bilmərəm.

- Renat Dadaşovu sabah meydanda görə biləcəyik? O, hələ də debüt etməyib...

- Renat istedadlı futbolçudur. Gələcək planlarda bizim üçün önəmli oyunçudur. Lakin sabahkı oyunda onu meydana buraxmaq tezdir.

- Şimali İrlandiya Riçard Almeyda və Renat Dadaşovdan qorxmalıdır?

- Ümid edirəm ki, qorxmaq lazımdır. Sabah Almeyda oynayacaq (gülür). Komanda yalnız Riçarddan ibarət deyil. Azarkeşlərdən də əvvəlki performansı gözləyirəm.


Millinin baş məşqçisi: Rəqibə sürpriz hazırlamışam

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Husilərdən Səud güclərinə zərbə - VİDEO
    Husilər Səudiyyə qüvvələrini yenə pusquya salıb
     14.12.2017
    Bakıda İcra Hakimiyyətinin baş mühasibi həbs olunub - SƏBƏB
    Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları Binəqədi rayonu İH-nin sabiq baş mühasibi Kəklik Əsədovanı həbs ediblər.
     14.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ