Azərbaycan yığmasının daha iki futbolçusu Çexiyanın “Slavya” klubuna yollanıb.

İslamazeri.com Oxu.Az-a istinadən xəbər verir ki, müdafiəçi Amin Seydiyevlə hücumameyilli yarımmüdafiəçi Rövlan Muradov hazırda Praqa təmsilçisinin düşərgəsində yer alıblar.
Müqavilə ilə “Qəbələ” klubuna məxsus olan 19 yaşlı futbolçular yanvarın 28-dək bu komandada baxışda olacaqlar.
Qeyd edək ki, daha əvvəl 19 yaşadək millimizin kapitanı Fərid Nəbiyev bu kluba yollanıb və “Slavya” ilə 3 illik müqavilə bağlayıb.
Millimizin iki futbolçusu Çexiya klubunda