EURO 1,9673 NEFT 80,52
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:08.10.2018 16:11:35

Milli komandamıza çağırılması gözlənilən Orkun Kökçü "Barselona"ya transfer olunur.

Milli komandamıza çağırılması gözlənilən Orkun Kökçü "Barselona"ya transfer olunur.

İslamazeri.com fanat.az-a istinadən xəbər verir ki, bu barədə keçmiş Futbol Planlama və İnşkif direktoru Serkan Reçber məlumat verib.

"TRT Spor"a danışan Serkan Reçber "Feyenoord"un formasını geyinən 17 yaşlı futbolçunun yayda "Beşiktaş"a keçmək ehtimalı olub. Hətta futbolçunun özü və ailəsi buna çox çalışıb. Amma Hollandiya klubunun tələb etdiyi məbləğin çox olduğunu bildirən "Beşiktaş" rəhbərliyi futbolçudan imtina edib.

Serkan Reçber bildirib ki, "Barselona" ilə aparılan ilkin danışıqlar müsbət nəticələnib. Orkun Kökçü və ailəsini İspaniyaya dəvət edən klub onunla 3+1 illik müqavilə imzalamağı planlaşdırır. Gələn həftə futbolçu və ailə üzvləri Erik Abidalla görüşəcək. Bundan sonra müqavilə imzalanacaq.

Hollandiya və Türkiyə vətəndaşlığı olan Orkun Kökçü ötən mövsüm "Feyenoord"un U-19 komandasında çıxış edib. Yarımmüdafiənin mərkəzində oynayan futbolçu 2017/18 mövsümündə 42 oyuna çıxaraq 17 qol vurub və 3 məhsuldar ötürmə edib. Bu mövsüm isə artıq 8 oyuna çıxaraq 3 qol vurub və 2 məhsudar ötürmə edib.

Qeyd edək ki, Orkun Kökçünün qardaşı Azərbaycanın U-21 millisində çıxış edir. O, daha öncə qardaşı kimi milli komandamızı seçəcəyini istisna etməyib.


Millimizə çağırılması gözlənilən futbolçu "Barselona"da

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İcra Hakimiyyətinin rəsmi saytındakı gülünc mənzərə - FOTO
    Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi saytında maraqlı mənzərə ortaya çıxıb.
     16.10.2018
    Trampın müşaviri Cənubi Qafqaza niyə gəlir? - İran versiyası
    Boltonun Qafqaz turuna çıxmasının əsas səbəblərindən biri ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalarla əlaqəlidir.
     16.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ