EURO 1,9801 NEFT 72,97
USD 1,7 RUB 0,027
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:02.07.2018 17:11:45

Karate üzrə yeniyetmə millimiz fiaskoya uğrayıb.

Karate üzrə yeniyetmə millimiz fiaskoya uğrayıb.

Oxu.Az xəbər verir ki, komandamızın beş üzvü – Xəqan Həsənov (-61 kq), Bəxtiyar Rzayev (-68 kq), Musa Sarızadə (+68 kq), Mədinə Sadıqova (-53 kq) və Səma İmanzadə (-59 kq) Olimpiya təsnifat turnirində lisenziya qazana bilməyiblər.

29-30 iyun tarixlərində Xorvatiyanın Umaq şəhərində keçirilmiş yeniyetmələr arasında ilk olimpiya təsnifat turnirinin finalına idmançılarımızdan heç biri vəsiqə qazanmadığı üçün lisenziya qazanmaq mümkün olmayıb.

Ancaq bu yarışda beynəlxalq hakim, federasiyanın hakimlər komitəsinin sədri Cahangir Babayev Olimpiya təsnifat turnirinin ən yaxşı hakimi elan edilib. Milli komandanın məşqçiləri, əməkdar məşqçilər – Şahin Xudaverdiyev, Anar Allahverdiyev və Qurban Tağıyev Xorvatiyada WKF-in Məşqçilər Komitəsinin imtahanından uğurla keçərək məşqçilik lisenziyasının müddətini artırıblar.

Qeyd edək ki, bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos Ayresdə Yeniyetmələrin Olimpiya Oyunları keçiriləcək.


Millimizdən fiasko: Olimpiadaya lisenziya qazana bilmədilər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 60 SANİYƏ: Bu günün 3 önəmli xəbəri - VİDEO
    Bu günün 3 önəmli xəbəri
     19.07.2018
    Ukraynadakı diasporumuz barışdı
    Fuad Muradov Ukraynadakı diasporu barışdırdı - Koordinasiya Şurası yaradılır...
     19.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ