EURO 1,9267 NEFT 68,08
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:09.11.2018 11:52:21

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Tovuz rayonunda tibbi aksiya keçirib.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Tovuz rayonunda tibbi aksiya keçirib.

Mərkəzin elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva Trend-ə bildirib ki, noyabrın 7-8-də keçirilən aksiyanın məqsədi sakinlərin səhhətləri ilə bağlı olan problemlərin həllinə kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir.

Aksiya zamanı klinikanın peşəkar hjeyəti tərəfindən 10 nəfər əməliyyat edilib, 150 nəfər müayinə edilib.

Dəmiryolu Səyyar Klinikası ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərəcək. Bu ildən Səhiyyə Nazirliyinin dəstəyi ilə fəaliyyətə başlayan, yüksək ixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan Dəmiryolu Səyyar Klinikanın uzunluğu 25, eni 3 metrdir. Klinikanın həkim və orta tibb briqadası bir gün ərzində vaqonda 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilər. Qatarda oftalmoloji müayinələr üçün bölmə avadanlıq və oftalmoloq yerindən ibarətdir. Müayinələr üçün avadanlıqlar foropter, refraktometr, tonometr, işarələr proyektoru, yarıq lampa, lensmetr və digərləri təşkil edilib.


Milli Oftalmologiya Mərkəzi Tovuzda tibbi aksiya keçirdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Sabahın hava proqnozu
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha gözlənilən hava proqnozunu açıqlayıb.
     16.11.2018
    Azərbaycanda spirtli içki və tütün məmulatları bahalaşıb
    Bu ilin oktyabr ayında Azərbaycanda spirtli içkilər sentyabr ayına nisbətən 1,8% bahalaşıb.
     16.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ