EURO 1,9783 NEFT 48,54
USD 1,7012 RUB 0,0289
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:21.06.2017 09:41:19

O vurğulayıb ki, dövlət idarəçilik təcrübəsini Azərbaycana SSRİ qazandırıb.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, Milli Məclisin deputatı Araz Əlizadə deputat həmkarı Arif Rəhimzadənin rus dili və Rusiyanın Azərbaycan dövlətinin yaradılmasında böyük rolunun olması barədə fikirlərinə münasibət bildirib.

A.Əlizadə ölkə.az-a açıqlamasında deyib ki, Arif Rəhimzadə bu fikirlərində haqlıdır: “Mən bu məsələdə Arif Rəhimzadə ilə tamamilə razıyam. Doğrudan da, Sovet təhsil sistemi bizə dövlət idarəçiliyində çox böyük yardım edib. Hər bir dövlətin formalaşması o xalqın təhsil və mədəniyyət səviyyəsi ilə ölçülür. Azərbaycanda isə Sovet İttifaqından əvvəl bütövlükdə cəmi 25-28 nəfər ali təhsilli şəxs olub. SSRİ dağıldıqda isə Azərbaycanın bütün əhalisi artıq savadlı idi.

Azərbaycanda vəziyyət o səviyyəyə çatmışdı ki, bizdə ali təhsilli adamlar işsiz idilər. Özü də SSRİ dövrünün təhsil səviyyəsini indiki ilə müqayisə etmək olmazdı. İndi deyirlər ki, Sovet təhsil sistemi və sairə. Sovet təhsil sistemi təkmilləşmiş baloniya təhsil sistemi idi. İndiki baloniya təhsil sistemi əhəmiyyətsizdir. Ona görə də əgər biz Azərbaycanın təhsil sisteminin inkişafını istəyiriksə, o zaman SSRİ dövründəki təhsil sisteminə qayıtmalıyıq. Doğrudur, SSRİ dövründə də bəzi çatışmazlıqlar var idi. Ancaq bütövlükdə o təhsil sistemi indikindən daha yaxşı olub. Bilirsiniz, quş qoymaqla təhsil olmaz. Ola bilsin ki, hansısa təbəqə nəyisə bilmir.

Ancaq müəllim onunla söhbət əsnasında görəcək ki, həmin tələbənin başı işləyir, yoxsa işləmir! Ancaq quş və digər işarələr qoymaq düzgün deyil. Bununla şagirdin, tələbənin təhsil səviyyəsini öyrənmək dəqiq mümkün deyil”.

Deputat qeyd edib ki, Azərbaycanda repititorlar əzbərçiliklə məşğul olur: “Təsəvvür edin ki, Azərbaycanda illərdir ki, test sistemi mövcuddur. Ancaq təhsil sistemi SSRİ təhsilinə çata bilmir.

Test suallarının da əksəriyyəti bir-birinə bənzəyir. Repititorlar şagirdlərə harada quş qoymaq lazım olub-olmamasını öyrədir. Universitetlərdə də eyni sistem tətbiq olunur. Deyirlər ki, bununla rüşvətxorluğun qarşısı alınır. Ancaq bununla həm də təhsilimizin qarşısı alınır”.

A.Əlizadə vurğulayıb ki, dövlət idarəçilik təcrübəsini Azərbaycana SSRİ qazandırıb.

"Baxmayaraq ki, ermənilər daha çox SSRİ-də yüksək vəzifələrdə yer tutublar. Bunun da əsas səbəbi ermənilərin yaltaq və hiyləgər olması ilə bağlıdır. Çünki istədikləri adamın qılığına girməyi bacarıblar. Ancaq SSRİ-də yaxşı vəzifələr tutmuş azərbaycanlılar da var idi. Bütün bunlar da Sovet təhsil sisteminə görə olub. Əgər sənin təhsilin yoxdursa, həyatda heç nəyə nail ola bilməzsən” - o bildirib.


Millət vəkili: Azərbaycanda təhsil sistemi SSRİ təhsilinə çata bilmir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Müsəlman ölkəsindən məscidlərə tələb: Oxuduğunuz azan qulağa xoş olsun!
    Qırğızıstanda azanla bağlı yeni qərar qəbul edilib.
     21.07.2017
    Cocuq Mərcanlı kəndi telefon və internetlə təmin olunub
    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri Cocuq Mərcanlıda Şahəddin Hüseynovun evində olub, ailəyə telefon aparatı, modem, noutbuk hədiyyə ediblər. Ailə telefon və internet abunə haqqından azad edilib.
     21.07.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ