EURO 1,8841 TRY 0,2955
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ

Kateqoriya : MÜSAHİBƏ

Yayınlanma tarixi:26.05.2019 13:58:51

AFFA-nın I vitse-prezidenti, İcraiyyə Komitəsinin üzvü, Milli Məclisinin deputatı Rauf Əliyevin müsahibəsi

AFFA-nın I vitse-prezidenti, İcraiyyə Komitəsinin üzvü, Milli Məclisinin deputatı Rauf Əliyevin müsahibəsi

- Avropa Liqasının final matçının Bakıya salınması üçün nələr edildi?
- Azərbaycan idman ölkəsidi, buna qədər nə qədər mötəbər yarışlara ev sahibliyi etmişik. I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, "Formula-1" və s. Ondan əvvəl də ölkəmizdə müxtəlif idman növləri üzrə Avropa və dünya çempionatları təşkil olunub. Belə böyük tədbir üçün Azərbaycan tam hazırdı. Avropa Liqası finalının Bakıya salınması özü bir mərhələdi. Bura gələnlər görəcəklər ki, necə yüksək səviyyəli təşkilatçılıq olur.

- İngiltərə mətbuatı neçə gündü finalın ölkəmizdə keçirilməsini qaralayacaq silsilə yazılar dərc edir. Buna münasibətiniz necədi?
- Finalda İngiltərənin iki təmsilçisi mübarizə aparacaq. Belə bir sual verim: niyə "Çelsi"nin səsi çıxmır? Amma "Arsenal"la bağlı çox şey yazırlar. Çünki "Arsenal"da Mxitaryan oynayır və bunu da erməni lobbisi edir. Onlar bu ölkədə belə böyük tədbirlərin keçirilməsini qəbul edə bilmirlər. Azərbaycan hökuməti və UEFA tərəfindən təhlükəsizliyə təminat da verilib, məktublar da göndərilib. Bununla bağlı bir misal çəkim. Ölkəmizdə aerobika üzrə yarış keçirilir. İki erməni bacı-qardaş da burdadı. Bakıya gəliblər, şəhəri gəziblər. Dünən müsahibələrində də dedilər ki, bura tam təhlükəsiz yerdi. Gəlsəydi, Mxitaryana nə olacaqdı ki? Birincisi, klubun futbolçususan. İkincisi, məncə, "Arsenal" rəhbərliyi onun müqaviləsinə yenidən baxmalıdı. Onun imtinası düzgün addım deyil. Klubun qanunlarını pozub. Bu üzdən də klub bu məsələyə baxmalıdı. Təhlükəsizliklə bağlı heç bir problem yoxdu. UEFA prezidenti Aleksander Çeferin də çıxışında finalın Bakıya salınmasını dəstəkləyib və bildirib ki, UEFA infrastrukturu genişləndirir. Bütün bunlar erməni lobbisinin işləridi. Dünyada ən ali orqan Birləşmiş Millətlər Təşkilatıdı. BMT-nin 4 qətnaməsi var ki, ermənilər Dağlıq Qarabağdan çıxmalıdı. Üstündən 26 il vaxt keçib, çıxıbmı? Bu, ikili standartdı. Buna görə də, İngiltərə mətbuatında yazılanların hamısı boş şeylərdi. Final yüksək səviyyədə təşkil olunacaq. Eyni zamanda gələn il Avropa çempionatının 4 matçı ölkəmizdə oynanılacaq. Azərbaycan buna tam hazırdı, cənab prezident tərəfindən hər bir sərəncam verilib. Gözəl stadionumuz var, Təşkilat Komitəsi yaradılıb. Hesab edirəm ki, bu söz-söhbətlər mənasız şeylərdi.

- Finalda hansı komandaya azarkeşlik edəcəksiniz?
- Artıq "Çelsi"yə azarkeşlik edəcəm.

- Sırf Mxitaryana görə?
- Bəli.

- Düşünmürsünüz ki, Mxitaryan bu addımı Ermənistan hakimiyyətinin təzyiqi ilə atıb?
- Bu da ola bilər. Amma ölkənin fərqli, klubun isə fərqli qanunları var. Onların hakimiyyəti buna icazə verməsə də, əminəm ki, hüquqi tərəfdən bu məsələyə baxılacaq. Biri var ki, klub Mxitaryanın qalmasını qərara alsın, biri də var futbolçu imtina etsin. Hər cür şərait var və təhlükəsizlik təmin olunub. Belədə ona sual verilməlidi ki, niyə imtina edirsən? Onların hökumətinin nə düşündüyü bizi maraqlandırmır, biz ölkə olaraq yalnız irəli getməyə çalışırıq. (matc.az)


Millət vəkili: “Arsenal” Mxitaryanın müqaviləsinə yenidən baxmalıdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda avtobus sürücüsü sərnişinin burnunu sındırdı
    Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus sürücüsünün sərnişin döyməsi ilə bağlı araşdırma aparır
     05.12.2019
    Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb
    Üç saat yarımdan çox davam edən görüşdə tərəflər geniş müzakirələr aparıb.
     05.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ