1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ

Kateqoriya : MÜSAHİBƏ

Yayınlanma tarixi:04.11.2019 09:46:35

"Bunun aradan qaldırılması hər iki tərəfə, həm sahibkar, həm də dövlət üçün xeyirlidir"

İslamazeri.com xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov müsahibə verib.

“Prezidentin rəhbərliyi ilə keçirilən islahatların birbaşa faydasını, nəticəsini görən geniş əhalidir. Bu ASAN Xidmət, vergilərdəki islahatlar, əmək haqlarının artımı, sosial mənzillər və digər məsələlərdə görünür və bunların əsas məqsədi dünənə qədər vətəndaşa əlçatan olmayan xidmətlərin indi əlçatan və daha keyfiyyətli olmasıdır”.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Real TV-yə müsahibəsində deyib. O, bildirib ki, əslində indi vergi islahatlarının birinci ilindəyik: “Ötən 10 ay ərzində gözlədiyimiz nəticələr əldə olunub. Bəzi hallarda isə gözlənilən nəticə dəyişməyib. Amma proses başa çatmayıb və bu daimi prosesdir.

Mən sahibkarlara dostluq təklif etmişəm. Dostluq heç zaman birtərəfli olmur. Tərəflərin bir-birinə güvəni olmalıdır. Azərbaycan sahibkarlığı artıq böyük yol keçib və düşünürəm ki, hər iki tərəf bu dostluğa hazırdır.

Kölgə iqtisadiyyatı ilə bağlı mübarizə davam edir. Bunun aradan qaldırılması hər iki tərəfə, həm sahibkar, həm də dövlət üçün xeyirlidir”.

Vergilər Nazirliyi, Əmlak Komitəsi və Antiinhisar Agentliyinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsindən sonra bu işin necə koordinasiya olunacağı haqda suala nazir belə cavab verib: “Bununla bağlı ilkin baxışlar mövcuddur. Xüsusi koordinasiya qrupu fəaliyyət göstərir və uzun müddət bu fəaliyyət həyata keçiriləcək. Burada xüsusi olaraq qeyd etmək lazımdır ki, bir sıra funksiyaların İqtisadiyyat Nazirliyində birləşdirilməsi bizə imkan verməlidir ki, ölkənin iqtisadi rəqabət qabiliyyətini yeni mərhələyə çıxaraq, öz fəaliyyətimizdə daha çevik, bu və ya digər təhdid və çağırışlara cavab verə bilək”.

İslamazeri.com


Mikayıl Cabbarov: “Mən sahibkarlara dostluq təklif etmişəm” - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Süleymaninin dəfnindəki əzəmət göstərdi ki, xalqımız müqavimətə inanır
    İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei bu gün səhər İran İslam Şurası Məclisinin üzvləri ilə video-konfrans formasında görüş keçirib.
     13.07.2020
    Şəhidlərimizdən biri doğma kəndində dəfn olundu - FOTO
    Xəyyam Daşdəmirov İsmayıllı rayonunun Balik kəndində dəfn edilib.
     13.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ