EURO 1,9343 NEFT 71,97
USD 1,7 RUB 0,0254
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:27.01.2018 11:08:13

Bazar və marketlərdə meyvə və tərəvəz bolluğu yaşanır.

Bazar və marketlərdə meyvə və tərəvəz bolluğu yaşanır. Qiymətlər isə ötən illə müqayisədə nisbətən ucuzdur. Ötən ilin qışında bu qədər bolluq müşahidə edilmirdi və qiymətlər də çox baha idi.

Bazar və marketlərdə apardığımız müşahidələr deməyə əsas verir ki, pomidor, xiyar və badımcan kimi tərəvəzləri ötən ildən fərqli olaraq bu il 2-3 manat arasında əldə etmək mümkündür. Ötən qış aylarında pomidorun qiyməti 3 manatdan, badımcan 4-6 manat arasından başlayırdısa, indi pomidoru 1,8 manata, badımcanı isə 2-3 manata almaq olar. Satıcılar da bu ilin boluq olduğunu bildirirlər. Həzi Aslanov metrosu yaxınlığında meyvə satan Fuad Əliyev də bu il meyvə və tərəvəzin qiymətinin münasib olduğunu dedi: “Alma var üç kilosu 1 manat, alma da var kilosu 2 manat. Satılan meyvə tərəvəzin demək olar 90 faizi yerli məhsullardır. Ancaq Türkiyədən gələn mandarin də var. Onun da qiyməti elə Astara mandarini ilə eynidir. 2 manat 50 qəpik”.

Satıcı ucuzluğun səbəbini həm də artıq məhsulların Rusiyaya getməməsi ilə əlaqələndirdi: “Ötən il meyvə tərəvəzin çoxu Rusiyaya göndərilirdi. İndi isə Rusiya daha çox Türkiyədən məhsul gedir. Ona görə də bu il bizim məhsullarımız özümüzə qaldı. Bolluq olduğuna görə də qiymətlər hər kəsin cibinə uyğundur”.

Ümumilikdə qiymətlərə gəlincə isə pomidor 1 manat 80 qəpik - 2 manat arası, badımcan 2 manat 60 qəpik, mandarin 2 manat 15 qəpik, kivi 1 manat 90 qəpik, alma semerinka 1 manat 50 qəpik, adi alma 3 kilosu 1 manat, qızıl əhməd alma 2 manat 50 qəpik, yer kökü 50 qəpik, xurma 60 qəpik-1 manat arası, nar 2 manat 50 qəpik, heyva 1 manat 30 qəpik, portağal 1 manat 80 qəpiyə satılırdı.

Alıcılar meyvə tərəvəzin qiymətinin ucuzluğundan razılıq edirdilər. Alıcıların sözlərinə görə hazırkı qiymətlər imkan verir ki, hər kəs evinə istədiyi meyvəni ala bilsin.

Maraqlıdır, meyvə tərəvəzin ucuz olmasının səbəbi artıq məhsullarımızın Rusiyaya az ixrac edilməsidir, yoxsa məhsul bolluğu?

1.jpg (96 KB)

İqtisadçı ekspert Natiq Cəfərli meyvə və tərəvəzin ucuz olmasına hər iki faktorun mühüm rol oynadığını bildirdi:“Rusiya ilə Türkiyə arasındakı münasibətlər gərginləşən kimi Rusiyanın Azərbaycanın meyvə tərəvəzinə tələbatı ciddi şəkildə artdı. Buna görə də ölkəmizdə əkin sahələri də genişləndi. Əsasən də ənənəvi tərəvəzçilik regionlarında daha çox pomidor, xiyar əkməyə başladılar ki, Rusiyaya ixracatı artırsınlar. Bu da əkin sahələrinin genişlənməsinə səbəb oldu. Qeyd edim ki, Rusiya bazarı 143 milyon nəfərlik böyük bir bazardır. Türkiyə də bu bazarın təqribən 40 faizinə yaxınını təmin edirdi. Birdən birə türk mallarının kəsilməsi Azərbaycana olan tələbatı artırdı. Bu da ötən il daxili bazarda məhsulların bahalaşmasına səbəb oldu. İndi Türkiyə Rusiya münasibətləri demək olar ki, əvvəlki vəziyyətinə qayıdıb. Türkiyə mallarına Rusiya tərəfindən qoyulan sonuncu qadağalar da noyabr ayında götürüldü. Xatırladım ki, Türkiyə mallarının həm həcmi çoxdur, həm də qiyməti daha ucuzdur. Son hesablamalara görə son aylarda Türkiyədən Rusiyaya 4 milyard dollarlıq meyvə tərəvəz, əsasən də pomidor ixrac olunmağa başlayıb”.

Natiq Cəfərli ile ilgili görsel sonucu

N.Cəfərli bildirdi ki, Azərbaycan malları Türkiyə mallarına nisbətən baha olduğu üçün tələbat azalıb: “Bu vəziyyət isə daxili bazarda ucuzlaşmaya səbəb oldu. Əgər belə davam edəcəksə, yəni Azərbaycana tələbat olmasa əkin sahələrinin həcmi yenidən azala bilər. Hələlik qiymətlərin bir müddət aşağı səviyyədə qalmasını gözləyə bilərik. Burada əsas səbəb dediyim kimi Rusiya və Türkiyə münasibətlərinin Azərbaycandakı vəziyyətə təsiri ilə əlaqədar idi. Çox güman ki, Rusiya və Türkiyənin münasibətləri yaxşılaşdıqca, Türkiyə mallarının Rusiya bazarına çıxışı artacaq. Bu da Azərbaycan məhsullarında ciddi rəqabət yaradacaq”.

Qeyd edək ki, Azərbaycan ötən il meyvə tərəvəz ixracında rekord qırmışdı. Belə ki, Azərbaycan 2017-ci ildə xaricə $292,736 milyonluq meyvə, $210 milyonluq tərəvəz tədarük edib. 2017-ci ildə Azərbaycan rekord həcmdə və miqdarda meyvə-tərəvəz ixrac edib. Rəsmi statistikaya əsasən, ötən il 502,826 milyon dollar dəyərində 549 min ton meyvə-tərəvəz xaricə satılıb. Satılan məhsulun 292,736 milyon dolları meyvə, 210 milyon dolları tərəvəz olub. 2017-ci ildə meyvə-tərəvəz ixracı cəmi ixracın 3,64 faizini təşkil edib. O, bu göstəriciyə görə yalnız xam neft (77,52 faiz) və təbii qazdan (8,64 faz) geri qalıb. 2017-ci ildə adambaşıma meyvə istehsalı 96,5 kq-ma, tərəvəz istehsalı 142 kq-ma çatıb. Bu isə adambaşına meyvə-tərəvəz istehsalının 2 dəfədən çox olması deməkdir.


Meyvə-tərəvəz boldur - bəs qiymətlər?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycana gələn ərəblərin sayı 100 dəfə artıb
    Statistik məlumatlara əsasən, son beş ildə təkcə üç ərəb ölkəsindən Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı 100 dəfədən çox artıb.
     18.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ