1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:19.10.2019 10:05:44

Mətbuat Şurası internet üzərindən yayımlanan media vasitələrinin KİV kimi qeydiyyatının aparılması, bunun qanunvericilikdə əksini tapması, həmçinin qanunda internet media üçün texniki meyarların müəyyənləşdirilməsini təklif edir

“Media məkanımızdakı mənfi tendensiyalardan biri ayrı-ayrı şəxslərin sırf təmənnalı münasibətdən irəli gələn, şantaj məqsədilə yaratdıqları informasiya saytları ilə əlaqədardır. Belələri bir qayda olaraq konkret hədəf seçir və onunla bağlı həqiqətə uyğun olmayan, uydurma fikirləri, mülahizələri yayır.”

Bu barədə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin dünən keçirilən iclasında prezident İlham Əliyevin oktyabrın 15-də iqtisadi müşavirədə media ilə bağlı fikirləri ətrafında müzakirələr zamanı bildirilib.

İdarə Heyəti hesab edir ki, xoşagəlməz cəhətlətrdən biri ayrı-ayrı vəzifə sahiblərinin sırf rəqiblərini sıradan çıxarmaq məqsədilə ilə əllərində saxladıqları, bir çox hallarda özləri tərəfindən yaratdıqları internet media vasitələri ilə bağlıdır. 

“Ayrı-ayrı şəxslərin təmənnalı münasibətdən irəli gələn şantaj məqsədilə yaratdıqları informasiya vasitələrinin materiallarından fərqli olaraq, belə resurslarda ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı ilə bağlı həqiqiliyi təsdiqlənmiş, şübhə doğurmayan, ciddi informasiya resurslarından olduğu kimi götürülmüş xəbərlər yer alır. Ancaq `zərurət` yarandığı hallarda konkret hədəflər aydın görünür.”

Mətbuat Şurası internet üzərindən yayımlanan media vasitələrinin KİV kimi qeydiyyatının aparılması, bunun qanunvericilikdə əksini tapması, həmçinin qanunda internet media üçün texniki meyarların müəyyənləşdirilməsini təklif edir.

İdarə Heyətinin üzvləri hesab edir ki, mediadan sui-istifadə meyllərinə qarşı mübarizədə yalnız ictimai qınaqla kifayətlənmək effektiv nəticə vermir.

“Bu baxımdan Mətbuat Şurası haqqında ayrıca qanuna ehtiyacın duyulur. Belə bir qanun həm imkan verəcək ki, Şuranın texniki imkanları genişlənsin, həm medianın özünütənzimləmə qurumu strukturu daha çevik fəaliyyət göstərsin, həm də adekvat məsuliyyət növlərinin seçilməsi ilə bu sahədə düzən yaradılsın.”

İclasda diffamasiya məsələsinə media məkanındakı məsuliyyətin artırılması baxımından mühüm qanunvericilik təşəbbüsü kimi yanaşılıb.

“Diffamasiya heç də yalnız təhqir və böhtana görə azadlıqdan məhrumetmə cəzasının aradan qaldırılması ilə əlaqədar deyil. Diffamasiyanın dekriminallaşdırılması və bununla əlaqədar ayrıca qanunun mövcudluğu həm də medianın yol verdiyi nöqsana, qeyri-peşəkarlıq hallarına qarşı adekvat mülki cəza tədbirinin seçilməsini rəhbər tutur.”

Mətbuat Şurası internet medianın maliyyələşməsinin vaxtının çatdığını bildirib.

İdarə Heyəti hesab edir ki, media məkanında mühüm məsələlərdən biri də reklamla bağlıdır.

“Hazırda KİV-lərimiz ölkənin reklam bazarında zəif təmsil olunurlar. Bu isə onların maliyyə durumuna mənfi təsirini göstərməkdədir. Mövcud durumda dövlət qurumlarına məxsus elan və reklamların KİV-lərdə bölünməsinin həyata keçirliməsi ilə bağlı xarici təcrübənin tətbiqi aktuallaşıb,” məlumatda qeyd edilir.

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib ki, mətbuatdan şahtaj vasitəsi kimi istifadələr 1990-cı illərin sonlarından başlayıb.

“Bu daha çox hakimiyyətin özündən gələn bir siyasət idi. O zamanlar xəbərdar edirdik ki, bu proses çox pis nəticələrə gətirib çıxara bilər. Biz bu gün feyk xəbərləri görürük, müəyyən şəxslərə qarşı məlumatların, təhlillərin qərəzli formada istifadə olunmasını görürük. Bu həm də gündən-günə şiddətlənir. Məsələ artıq cəmiyyətdə kifayət qədər kritik həddə gəlib çatıb,” o qeyd edib.

Mehman Əliyev hesab edir ki, hakimiyyət komandası daxilində qrupların və şəxslərin savaşı mövcuddur.

“Burada daha çox maraqlar toqquşur, iqtisadi maraqlar var. Təəssüf ki, məmurların böyük hissəsi bizneslə məşğuldur. Bu, problemdir. Bu təkcə hakimiyyətdaxili problem deyil, həm də hakimiyətlə cəmiyyət arasında olan ciddi problemdir. Hakimiyyət mediadan öz rəqiblərinə qarşı isatifadə edir. Rəqibləri də onlara qarşı mediadan istifadə edir. Bu problem həm də gündən-günə şiddətlənir. Bu nə cəmiyyətə, nə dövlətə bir xeyir gətirməyəcək,” Əliyev bildirib.


Mətbuat Şurası: Ayrı-ayrı vəzifə sahibləri rəqiblərini sıradan çıxarmaq üçün media yaradır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əlövsət Əliyev Almaniyada həbs olunub
    Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin barəsində həbs-qətimkan tədbiri seçilib
     16.11.2019
    “Müsavat Partiyası qanunsuz miqrasiya ilə bağlı obyektiv araşdırmaların aparılmasında maraqlıdır”
    Müsavat Partiyası Almaniyada mühacirətdə olan partiya üzvlərinə qarşı cinayət işi qaldırılması, onların saxlanılnması və partiya funksionerlərinin saxta sənədlər verməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
     15.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ