EURO 1,9062 NEFT 52,15
USD 1,702 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:29.03.2017 09:11:34

29 yaşlı futbolçu Argentina millisinin heyətində dörd oyun buraxmalı olacaq.

Beynəlxalq futbol federasiyası (FİFA) “Barselona” klubunun hücumçusu Lionel Messini diskvalifikasiya edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

29 yaşlı futbolçu Argentina millisinin heyətində dörd oyun buraxmalı olacaq. Messinin diskvalifikasiya olunmasına səbəb “DÇ-2018”-in seçmə mərhələsi çərçivəsində Çili yığmasına qarşı oyunda hakimi təhqir etməsi olub. Futbolçu həmçinin 10 min isveçrə frankı (təxminən 10,2 min dollar) məbləğində cərimə edilib.

Diskvalifikasiyanın aid edildiyi ilk matçda Argentina millisi martın 29-da Boliviya komandası ilə qarşılaşacaq.

Xatırladaq ki, Argentina və Çili yığmaları arasında keçirilən matç Messinin komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

13 turdan sonra Argentina millisi turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Messinin komandası lider Braziliyadan səkkiz xal geri qalır və altıncı pillədə gedən Çili komandasını iki xal qabaqlayır.

Turnir cədvəlində ilk dörd yeri tutan komandalar Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına birbaşa vəsiqə qazanacaq.


Messi FİFA tərəfindən cəzalandırıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda Respublika Günü qeyd olunur
    Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur.
     28.05.2017
    "Amnesty İnternational" təşkilatı israillilərin Qüdsdə yürüyüş keçirmələrini beynəlxalq qanunlara zidd adlandırıb.
     28.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ