EURO 2,0087 NEFT 57,75
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:14.02.2017 10:00:28

Kazanın "Rubin" komandasında oynayan Gökdeniz Karadeniz Allahın onun üçün nə ifadə etdiyi, oruc tutub-tutmaması və tatarstanlılara hədiyyə etdiyi məscidin tikintisinin necə getdiyi haqda danışıb.

İslamazeri.az-ın “Sovetskiy Sport”-a istinadən verdiyi xəbərə əsasən, məşhur türkiyəli futbolçu, Kazanın “Rubin” klubunun yarımmüdafiəçisi Gökdeniz Karadeniz Allahın onun üçün nə ifadə etdiyi, oruc tutub-tutmaması və tatarstanlılara hədiyyə etdiyi məscidin tikintisinin necə getdiyi haqda danışıb.

Tikintisi ödədiyim məscid mənə aid deyil. O dindarlara aiddir. Hətta mən buralardan gedəndən sonra, məscid Allaha xatir bütün müsəlmanlara qalacaq.”, - deyə o qeyd edib.

“Oruc tutursunuz mu?” sualının cavabında isə o bildirib ki, professional idmançı üçün gücləndirilmiş fiziki yüklənmələrlə davam edən məşqlər prosesində qida rasionunu məhdudlaşdırmaq qeyri-mümkündür.

Digər dövrlərdə mən hər zaman çalışıram ki, oruca əməl edim.”, - deyə Karadeniz əlavə edib.

Sonda isə o bildirib ki, idman karyerası bitdikdən sonra, o özünü məşqçi kimi görür, üstəlik Rusiya klublarından birinin məşqçisi kimi.

Rusiya komandalarının birində məşqçi kimi işləməyə başlamaq istərdim. Alınacaq  ya yox -bunu yalnız Allah bilir.”, - deyə o bildirib.


Məşhur futbolçu: Bu məscidi Allaha xatir tikirəm

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dünya mediası: Barzani peşmərgəsi Süleymaninin təhdidilə Kərkükdən çəkilib
    Dünya mediası Kərkükün İraq ordusuna necə təslim edilməsinin arxasında duran ismin kimliyini açıqlayıblar
     22.10.2017
    “Əhli-beyt sevənlərin yurdu Azərbaycan”- Sənədli film
    İslamazeri.com xəbər verir ki, İslam.az və "Brant produstion"ın birgə “Əhli-beyt sevənlərin yurdu Azərbaycan” sənədli filmini hazırlayıb
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ