1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:05.05.2017 17:22:14

Məşhur Astrofizik Stiven Hokinq (Stephen Hawking) dünyanın və bəşəriyyətin aqibəti haqqında açıqlamalar verməyə davam edir. Daha əvvəl dünyanın öz-özünü məhvetmə təhlükəsinə qarşı insanlığa xəbərdarlıq edən Hokinq bu dəfə də bəşəriyyətin dünyanı 100 il içərisində tərk etməsi lazım olduğunu söyləyib.

İslamazeri.com xəbər verir ki, BBC-nin yeni sənədli filmində danışan Hokinq insanlığın dünyadakı zamanının qısaldığını bildirib. Alim iqlim dəyişikliyi, asteroid dəyməsi, yoluxucu xəstəliklər və həddindən artıq əhalinin dünyada qalması vəziyyətində bəşəriyyəti yox edəcəyini bildirib.

 


Sənədli filmdə Hokinq və keçmiş tələbəsi Kristof Halfardın bəşəriyyətin kosmosda necə yaşaya biləcəyini müzakirə etdiyi qeyd edilir.


Məşhur astrofizik daha əvvəl də dünyanın öz-özünü məhvetmə təhlükəsinə qarşı bəşəriyyətə xəbərdarlıq etmişdi.



O, sivilizasiyanın başlanğıcından bəri təcavüzkarlığın həyatda qalmaq üçün funksiyalı olduğunu vurğulamışdı: "Darvinist təkamül gərəyi, bu bizim genlərimizlə əlaqəlidir. Ancaq indi bu təcavüzkarlığın nüvə və ya bioloji müharibə yolu ilə bizi yox etməsi mümkündür. Məntiqimiz və ağlımız yolu ilə bu hissimizə nəzarət etməyimiz lazımdır".


75 yaşlı alim texnologiyanın nəzarət altına alına bilməməsinin bəşəriyyətin sonunu gətirə biləcək bir potensiala malik olduğu xəbərdarlığını etmişdi.

 

Daha əvvəl süni zəka və bəşəriyyətin yadplanetli bir mədəniyyətlə ünsiyyət qurması vəziyyətinə qarşı oxşar xəbərdarlıqlar edən Hovkinq sivilizasiyamızın başladığı gündən bu yana təcavüzkarlığın həyatda qalmaq üçün funksional bir şey olduğunu vurğulayıb və bu xəbərdarlığı etmişdi: "Günümüzdə, bu təcavüzkarlığın nüvə və ya bioloji müharibə yolu ilə bəşəriyyətin sonunu gətirməsi mümkündür".

 


Məntiq və ağıl işığında bununla mübarizə edilməsi lazım olduğunu qeyd edən alim bu hədəf istiqamətində bir növ dünya hökuməti qurulmasını təklif edib. Bu addımın başqa bir problemə dönə biləcəyini də qəbul edən Hovkinq bir növ dünya hökumətinin tiranlığa yol aça biləcəyini bildirib.


Keçən aylarda da fizik "dünya xarici varlıqların planetimizi kəşf etməsinin bəşəriyyətin sonunu gətirəcəyi" xəbərdarlığını etmişdi. O, "Əgər yadplanetlilər bizi ziyarət etsə, nəticə, böyük bir ehtimalla Kolumbun Amerikaya ayaq basdığında olduğu kimi olar. Bu da yerli amerikalılar üçün çox yaxşı olmamışdı",- demişdi.


Məşhur astrofizikdən qorxudan XƏBƏRDARLIQ: Dünyanı tərk etməliyik

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Tbilisi “Cümə” məscidində bayram namazı - FOTO
    Gürcüstanın bir çox məscidlərində olduğu kimi bu gün Tbilisi “Cümə” məscidində də bayram namazı qılındı.
     26.06.2017
    Sahil qəsəbəsindəki Fatimeyi Zəhra (s.ə) məscidində bayram namazı - FOTO
    Bakının Sahil qəsəbəsindəki "Fatimeyi Zəhra" məscidində Hacı Fazil İmanlının imamətliyilə fitr bayramının namazı qılınıb. İslamazeri.com xəbər verir ki, bayramda çox sayda inanclı iştirak edib.
     26.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ