EURO 1,9602 NEFT 73,03
USD 1,7 RUB 0,0254
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.06.2018 12:53:39

ABŞ Prezidenti aktyor Robert De Nironun təhqirlərini şəhr edib.

İslamazeri.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ Prezidenti Donald Tramp aktyor Robert De Nironun onun ünvanına səsləndirdiyi təhqirləri şərh edib.

Məsələ ilə bağlı “Twitter”-də yazan Tramp bildirib ki, Robert De Niro çox aşağı IQ-yə sahib bir insandır və o, çəkildiyi kinolarda əsl boksçular tərəfindən başından zərbələr alıb. Tramp De Nironun “beyninin travmalı” olduğuna inandığını yazıb.

Tramp əlavə edib ki, Robert De Niro anlamır ki, ABŞ-dakı iqtisadiyyat və məşğuliyyət “həmişəkindən daha yaxşıdır”, bir çox şirkətlər isə “yenidən ABŞ-a pul axını edirlər”.

Xatırladaq ki, ABŞ-lı aktyor De Niro “Toni” teatr mükafatının təqdimatı zamanı Donald Trampın ünvanına əxlaqsız ifadələrdən istifadə edib.

“Bəsdirin dedik: “Rədd olsun Tramp!”. (Bunun yerinə) “... olsun Tramp” demək lazımdır.”, - deyə De Niro demişdi.

Tədbirdə iştirak edənlər isə aktyorun bu sözlərini gurultulu alqışlarla qarşılayıblar.

Qeyd edək ki, De Niro daha öncə də - ötən ilin may ayında incəsənətə ayrılan maliyyənin azaldılması ilə bağlı Tramp administrasiyasının siyasətini tənqid etmişdi.


Məşhur aktyor Trampı təhqir etdi: Trampdan cavab gecikmədi - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • AİP Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
    Azərbaycan İslam Partiyası Qurban bayramı xalqımızı təbrik edib.
     22.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ