EURO 1,9856 NEFT 48,69
USD 1,7012 RUB 0,0286
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:17.07.2017 18:18:22

Almaniya Baş Naziri Angela Merkel Konyadakı alman əsgərlərinə səfər icazəsinin Türkiyə ilə siyasi bazarlıq mövzusu edilə bilməyəcəyini deyib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Baş Nazir Merkel Almaniyanın Birinci Televiziya Kanalı ARD-nin ənənəvi yaz müsahibəsində, Konyadakı alman əsgərlərinə səfərə icazə verilməsilə əlaqədar Türkiyə ilə danışıqların davam edəcəyini ifadə edib.

Merkel bir sual üzərinə ikitərəfli görüşlərdə Türkiyədən Almaniyaya sığınacaq tələb edənlər məsələsində bir istək olmadığını, həmçinin bunun səfər icazəsi ilə əlaqəsinin olmadığını vurğulayıb.

Sığınmalara məhkəmələrin baxdığına işarə edən Merkel, bunun siyasi bazarlıq mövzusu edilmək istənilməsi vəziyyətində cavablarının nə olacağına dair sual üzərinə, "Sizin mənbələriniz nə deyir bilmirəm, amma bizim görüşlərimizdə belə bir şey gündəmə gəlməyib. Belə bir şeyin olması vəziyyətində də bu tələbi açıqca rədd edirik",- deyib.

Merkel səfər haqqının buna xələl gətirilmədən və əlavə istəklər olmadan təmin olunmasının lazım olduğunu vurğulayaraq, "Baş verənlər naxoşdur, həqiqətən xoşagəlməzdir",- deyib. Alman millət vəkillərinin öz əsgərlərini ziyarət etmələrinin təbii haqları olduğunu ifadə edən Merkel, alman hökumətilə yanaşı, NATO-nun da Türkiyə ilə bu məsələdə görüşəcəyini bildirib.


Merkeldən Türkiyə açıqlaması

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Suriya ordusu İraq sərhədi üzərində nəzarəti geri qaytarır
    Rusiya Silahlı Qüvvələrinin nümayəndəsi Suriya ordusunun uğurları barədə məlumat verib.
     24.07.2017
    İsrail: Müsəlmanlar arasında müharibə ən böyük strategiyadır ki...
    İsrailin silahlı qüvvələrinin başçısı müsəlmanarın daxili savaşlarından söz açıb.
     24.07.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ