EURO 1,8623 NEFT 51,48
USD 1,722 RUB 0,0302
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:20.02.2017 13:10:09

“Evdə ekran qabağında oturmuş insanla, ailəsini və ya dostlarını götürərək, məhz kinoteatra gedən insan arasında böyük fərq var".

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycanın görkəmli teatr və kino aktyoru, Azərbaycanın xalq artisti Rasim Balayevin Ali Məktəbin tələbə və müəllim heyəti ilə yaradıcılıq göruşü keçirilib. Öncə görkəmli aktyorun çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunub.

İslamazeri.az xəbər verir ki, tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov Rasim Balayevi Azərbaycan teatr sənətinin və kinematoqrafiyasının əfsanəsi adlandıraraq, tanınmiş aktyorun həyat və yaradıcılığından danışıb: “Rasim Balayev əvəzolunmaz ifası ilə yaddaqalan obrazlar yaradıb. Onun çəkildiyi filmlər Azərbaycan kinematoqrafiyasının ən parlaq səhifəsinə yazılıb. O, ekranda döyüşməyə hazir, cəsur insanların və həqiqi vətənpərvərlərin səmimi obrazını yaradıb”.

Rektor E.Qasımov Rasim Balayevin əməkdar artist adına 28 yaşında, xalq artisti adına isə 34 yaşında layiq görüldüyünü də nəzərə çatdırıb. 

Ardınca Rasim Balayev öz gənclik və tələbəlik illərindən, sənət yollarındakı çətinliklərdən, Azərbaycanda kino və teatr sənətinin inkişafından, çəkliş zamanı rast gəldiyi maraqlı hadisələrdən danışıb. Rasim Balayev filmlərdəki çəkilişlər haqqında xatirələrini də yada salıb və bildirib ki, televizor böyük ekranı heç zaman əvəz edə bilməz.

“Evdə ekran qabağında oturmuş insanla, ailəsini və ya dostlarını götürərək, məhz kinoteatra gedən insan arasında böyük fərq var - bunlar fərqli tamaşaçılardır və hissləri də fərqlidir” - deyə o, qeyd edib.

İncəsənətin cəmiyyəti tərbiyələndirməli olduğunu deyən görkəmli aktyor vurğulayıb ki, incəsənətin məqsədi insanın estetik zövqünü təkmilləşdirmək, onu daha saf, daha təmiz etmək, onun mənəvi estetik imkanlarını artırmaqdır. Aktyor sənətindən söz açaraq Rasim Balayev sənətdə son sözünü hələ demədiyini də bildirib. “İnanıram ki, mənim əsas rolum qabaqdadır” - deyə görkəmli sənətkar deyib.


“Mənim əsas rolum qabaqdadır” - Rasim Balayev

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • HƏMAS: Bütün yəhudilər yox, topraqlarımızı işğal edənlər bizim düşmənimizdir
    "Bizim əsas siyasətimiz işğalçı İsrail rejimiylə mübarizə aparmaqdır..."
     29.03.2017
    Homsda avtobus partladıldı: Ölən və yaralananlar var
    Suriyanın Homs şəhərində terror aktı baş verib.
     29.03.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ