EURO 1,9267 NEFT 68,08
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:09.11.2018 15:56:40

Bu yazıda hüquq-mühafizə orqanlarında yüksək vəzifə daşıyan məmur övladları ilə bağlı araşdırma aparılıb.

Məmurların iş fəailiyyətləri ilə yanaşı onların özəl həyatları, həmçinin övladları cəmiyyətin maraq dairəsindədir. Heç şübhəsiz digər vətəndaşlar kimi, müxtəlif dövlət vəzifələrində və özəl sektorda çalışan məmur övladları da var.

"Azxeber.com" bu yazıda hüquq-mühafizə orqanlarında yüksək vəzifə daşıyan məmur övladları ilə bağlı araşdırma aparıb.

General-polkovnik Kəmaləddin Heydərov Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərovun oğludur. 13 ilə yaxındır Fövqəladə Hallar naziri işləyən Kəmaləddin Heydərov bundan öncə uzun müddət Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini daşıyıb.

General-mayor Teymur Mehdiyev Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin oğludur. 20 ildən artıqdır hüquq-mühafizə orqanlarında çalışan Teymur Mehdiyev hazırda Fövqəladə Hallar nazirinin müavinidir. Bundan öncə isə Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini işləyib.

General-mayor Emil Usubov Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun oğludur. Uzun müddətdir polis sistemində çalışan E.Usubov Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin rəisidir. Bundan öncə isə həmin idarəsinin rəis müavini işləyib. Prezident İlham Əliyevin ötən ilin iyun ayında imzaladığı sərəncamla general-mayor rütbəsinə layiq görülüb.

Polkovnik İsmayıl Məmmədov Baş nazir Novruz Məmmədovun oğludur. Polis Akademiyasını bitirən İsmayıl Məmmədov uzun müddətdir polis sistemində çalışır. Hazırda Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin rəisidir. Baş nazirin oğlu paytaxtın Zabrat qəsəbəsində yerləşən bu bölməyə atası Prezident Admistrasiyası Beynəlxalq Əlaqələr şöbəsinin müdiri olduğu zaman təyin edilib.

Polkovnik Emin Həsənov Baş nazirin müavini Əli Həsənovun yeganə oğludur. Son təyinata qədər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə rəhbərlik edən Ə.Həsənovun oğlu hazırda Binəqədi rayon Polis İdarəsinin rəis müavinidir. Uzun müddətdir polis sistemində çalışır.

Polkovnik Elşad Məmmədov Milli Məclisin deputatı Elman Məmmədovun oğludur. Hazırda Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi işləyən deputat oğlu bundan öncə Yasamal rayon Yol Polisi İdarəsinə rəhbərlik edib.


Məmurların general və polkovnik övladları: Nazir müavini, idarə rəisi, bölmə rəisi...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Sabahın hava proqnozu
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha gözlənilən hava proqnozunu açıqlayıb.
     16.11.2018
    Azərbaycanda spirtli içki və tütün məmulatları bahalaşıb
    Bu ilin oktyabr ayında Azərbaycanda spirtli içkilər sentyabr ayına nisbətən 1,8% bahalaşıb.
     16.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ